Icma.az
close
up
RU
Məktəb avtobuslarının təşkilinə böyük ehtiyac var

Məktəb avtobuslarının təşkilinə böyük ehtiyac var

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar


Qarlı hava, orta məktəblərdə şagird davamiyyətinin azalması, tədrisdə məcburən fasilə yaranması illərdir gündəmdən düşməyən məktəb avtobusları məsələsinə yenidən qayıtmağı zəruri edir. Məlumdur ki, özəl təhsil müəssislərinin bəzisində məktəb avtobusları xidməti var, şagirdlər ünvandan ünvana rahat bir şəkildə çatdırılır. 

Məktəb servisinin pik saatlarda tıxaclarda qalmamaq, valideynin övladının məktəbə aparıb gətirməsi kimi əlavə işdən azad olması, şagirdlərin təhlükəsiz şəkildə məktəbə, məktəbdən də evə çatdırılmasıdır. Qarlı havada bu xidmətin zəruriliyi və önəmi daha aydın göründü. Havanın qarlı, yolların buz bağlaması səbəbindən ictimai nəqliyyatın işində fasilələr yarandı, valideynlər övladlarını məktəbə göndərə, aparıb-gətirə bilmədilər. Ümumiyyətlə, təhlükəsizlik nəzərə alınaraq şagirdlərin məktəbə gəlməməsi tövsiyə olundu. Belə şərait məktəb avtobusları üçün hər nə qədər çətin olsa da,  bu xidmət sayəsində şagirdlərin ünvandan götürülüb məktəbə çatdırılması problemi xeyli azalda bilərdi. Təəssüf ki, illərdir bu məsələ müzakirəyə çıxarılsa da, məktəb servisi məsələsi həllini tapmır.         

Təhsil eksperti Kamran Əsədov bu fikirdədir ki, şagirdilərin məktəblərə servislər vasitəsilə çatdırılması nəqliyyat sıxlığını xeyli azaltmış olacaq: 


- İlk növbədə qeyd edim ki, şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhfə verər. Bu xidmətin digər üstünlüyü ondan ibarətdir ki, müasir standartlara uyğun nəqliyyat vasitələri istifadə olunmaqla təcrübəli, təlim keçmiş sürücülər tərəfindən xidmət göstərilir. Məktəb servisi yoxdursa, bunu övladını nisbətən və ya çox uzaq məsafədən dərsə aparmalı olan valideyn edir, bu da o deməkdir ki, yenə də fərdi nəqliyyat vasitələri avtomobil yollarında çoxluq təşkil edir, sıxlığa səbəb olur, məktəblərin önündə tıxac yaranır, parklanma problemi ortaya çıxır, valideynin də vaxtının müəyyən hissəsi bu işin icrasına sərf olunur. Amma nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin maksimal rahatlığının təmini, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasının təmin edilməsi deməkdir. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər, amma nəzərə alaq ki, heç də bütün yaşayış massivlərinin yaxınlığında məktəb mövcud deyil və övladını hər hansı səbəbdən yaşadığı ərazidən uzaq məsafədə, kənarda yerləşən təhsil müəssisəsinə aparanlar da var. 

K.Əsədov qeyd etdi ki, məktəb servislərini valideyn komitələri özləri təşkil edə bilər: 


- Məktəb rəhbərliyi iddia edə bilər ki, onların büdcəsi kifayət deyil bu xidmət üçün. Bu gün özəl məktəblər, liseylər, bəzi gimnaziyalar təsərrüfat hesablı olduqları üçün bunu edə bilir. Amma dövlət məktəbləri edə bilmir. Çünki Elm və Təhsil Nazirliyi buna vəsait ayırmır. Fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Tıxaclar, sıxlıq səbəbindən uşaqlar yolda çox yorulur, enerjilərini itirirlər. Məktəb avtobusları olsa, bu problemlər aradan qalxar. Hesab edirəm ki, valideynlər övladlarının rahatlığının təmini üçün məktəb servisinin təşkilində iştirak etsələr yaxşıdır. Zatən, valideynlər ictimai nəqliyyatda uşaqlara görə gedişhaqqı ödəyir. Amma həm vaxtları gedir, həm də yorğun olurlar. Məktəb servisi rahatlıq, təhlükəsizlik, əlavə vaxt itkisinin qarşısının alınmasıdır. Valideyn komitələri bu məsələ üzərində düşünməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də bu fikirdədir ki, məktəb servisləri olduqca sərfəlidir: 


- Məktəb servisinin təşkili orta ümumtəhsil məktəblərinin önündə 30-40 fərdi nəqliyyat vasitəsinin dayanmasının aradan qalxacağı deməkdir. Hər gün neçə evdən fərdi nəqliyyat vasitəsi məhz şagirdləri məktəbə çatdırmaq üçün çıxır. Məktəblərin önü dərslərin başlanma və bitmə vaxtı fərdi avtomobillərlə dolu olur. Bu da təbii ki, tıxaca və sıxlığa səbəb olur. Məktəb avtobusları eyni vaxtda 20-30 uşağı məktəbə gətirəcəksə, bu, yollarda sıxlığın azalmasına səbəb olacaq. Həmçinin müəllimlər də bu servisdən istifadə edə bilər. Daha rahat bir şəkildə işə gələ bilərlər. Məktəblilər üçün güzəştli gedişhaqqı müəyyən edilməlidir. Valideynlər həftənin dərs günləri ictimai nəqliyyata xeyli vəsait sərf edir. Sosial cəhətdən aztəminatlı ailələr üçün bu, ciddi maddi problem yaradır. Güzəştli gediş haqqının təmin edilməsi isə brutto müqavilələr vasitəsilə mümkündür. Çeşidli, üstünlüyü təmin olunmuş, maliyyə dayanıqlılığı təmin olunmuş ictimai nəqliyyatdan söhbət gedir, bunun üçün də daşıyıcılarla biznes model dəyişməlidir, brutto müqavilələrə keçid olunmalıdır ki, daşıyıcılar dayanıqlı fəaliyyət göstərə, kredit cəlb edə, avtoparkını daha sürətli dəyişə, ən önəmlisi isə daha peşəkar sürücüləri işlədə bilsin və müəyyən sosial qruplar – təhsil alanlar, təqaüdçülər, fiziki məhdudiyyətli şəxslər üçün güzəştli gedişhaqqı tətbiq edilə bilsin. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri