Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb FOTOLAR
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Nankin və Sian şəhərlərində Azərbaycan şərablarının tanıdılması məqsədilə tədbirlər keçirilib. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, 27 noyabr-4 dekabr tarixlərində keçirilən tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir. Tədbirlərdə çinli şərab idxalçıları və alıcılarına Azərbaycan şərablarının qədim tarixi, hazırda ölkəmizdə şərabçılığın inkişafı üzrə görülən işlər barədə məlumat verilib. Həmçinin tanınmış şərab mütəxəssisi Kevin Dinq tərəfindən master-klass və şərab dequstasiyaları keçirilib.
Tədbirlər çərçivəsində potensial çinli tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 04 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















