Icma.az
close
up
RU
ADY və Çinin Sian Limanı əməkdaşlığı genişləndirir FOTOLAR

ADY və Çinin Sian Limanı əməkdaşlığı genişləndirir FOTOLAR

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə görüş keçirilib.

ADY-dən Globalinfo.az-a xəbər verir ki, görüşdə ADY sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib.

Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinlə əməkdaşlığı Kəmər və Yol Təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır.

Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.

Çinin Sian Beynəlxalq Limanının (“Xi’an International Port”) İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun Azərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri