Icma.az
close
up
RU
Azərbaycan Serbiya siyasi dialoqu: qarşılıqlı maraqlar və yeni prioritetlər

Azərbaycan Serbiya siyasi dialoqu: qarşılıqlı maraqlar və yeni prioritetlər

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Serbiya münasibətləri tarixi sınaqlardan çıxaraq tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bunun bariz nümunəsidir ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə yüksəlmişdir. Nümunə sayıla biləcək bu uğurlu əməkdaşlıq modelində liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış səmimi dostluq əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən strateji layihələrin reallaşmasına əlverişli zəmin yaradaraq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyevin Sürbiyaya rəsmi səfəri də bu tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqi kimi yadda qaldı.

Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının baş tutması münasibətlərin nə qədər möhkəm təməl üzərində qurulduğunu göstərdi. Bu iclas ikitərəfli əlaqələrini daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbirdə Prezident Aleksandar Vuçiçin mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilərfikri sadəcə diplomatik ifadə deyildi. Bu, ölkə başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin açıq etirafı idi.
Prezident İlham Əliyev mühüm bəyanatla çıxış edərək bildirdi ki, bu gün Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında geniş spektrli məsələlər müzakirə olundu. Ondan əvvəl keçirilən təkbətək görüşdə də ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri ətraflı şəkildə nəzərdən keçirilib və gələcəyə hesablanmış aydın yol xəritəsi müəyyən edilib.
Dövlət başçısı xüsusilə vurğuladı ki, əsas məqsəd siyasi, iqtisadi və energetika sahəsində əlaqələri daha da möhkəmləndirmək, beynəlxalq platformalarda və təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdir. Bununla yanaşı birgə sərmayə layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat sahələrində yaranmış yeni imkanlardan səmərəli istifadə etməklə güclü və uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq da qarşıya qoyulan əsas hədəflərdəndir. Energetika sahəsində ölkələrimiz arasındakı əməkdaşlığa toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bir müddət əvvəl Azərbaycan Serbiyaya təbii qaz ixracına başlayıb və bu gün qərara gəldik ki, ixracın həcmi artırılacaq. İxrac edilən qaz Serbiya tərəfindən elektrik enerjisinə çevriləcək, bu da artıq təmiz enerji istehsalına imkan yaradacaq. Bunun nəticəsində həm Serbiya daxili bazarı həm də gələcəkdə ixrac üçün əlavə potensial formalaşacaq. Prezident vurğuladı ki, hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bu rəqəm artmaq üzrədir. Eyni zamanda ölkəmizdə çoxsaylı bərpaolunan enerji stansiyalarının tikintisi davam edir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır, strateji tərəfdaşlıq daha da güclənir.
Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, ölkələrimiz siyasi dialoqdan real iqtisadi və enerji təhlükəsizliyi platformasına keçid edib. Şübhəsiz ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur. Bu uğurlar Azərbaycan liderinin qətiyyətli siyasəti və tərəfdaşlarla səmərəli dialoqu sayəsində təmin olunur.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri