Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Azərbaycan Serbiya: milli maraqlar, strateji prioritetlər və ortaq hədəflər

Azərbaycan Serbiya: milli maraqlar, strateji prioritetlər və ortaq hədəflər

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir. Səfər çərçivəsində aparılan görüşlər və verilən bəyanatlar göstərdi ki, rəsmi Bakı ilə Belqrad münasibətləri yalnız diplomatik əlaqələr səviyyəsində qalmır, həm də iqtisadi, enerji və nəqliyyat sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq modelinə çevrilməkdədir. Bu səfər iki ölkənin strateji tərəfdaşlıq formatının daha sistemli və perspektivli olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirir və gələcəkdə qarşılıqlı layihələrin sürətlə inkişaf etdirilməsinə təkan verir.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır. Liderlərin qarşılıqlı hörmət və dostluq münasibətləri ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu etimad Serbiya və Azərbaycanın beynəlxalq platformalarda bir-birinin suverenliyini dəstəkləməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, liderlərarası dialoq iki ölkənin xarici siyasət prioritetlərinin üst-üstə düşməsini təmin edir, qarşılıqlı anlayışın və strateji qərarların daha sürətlə qəbul olunmasına imkan yaradır.
Səfər çərçivəsində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası əməkdaşlığın sistemli xarakterini daha da gücləndirir. Şuranın fəaliyyətində siyasi dialoqdan iqtisadi əməkdaşlığa, energetikadan nəqliyyat layihələrinə qədər bir sıra məsələlər müzakirə olunub. Bu amil həm tərəflərin qarşılıqlı öhdəliklərini müəyyən edir, həm də layihələrin icrasına nəzarət mexanizmini təmin edir. Həmçinin, Strateji Tərəfdaşlıq Şura qarşılıqlı sərmayələrin və enerji layihələrinin icrası üçün şəffaf və effektiv koordinasiya mexanizmi yaradır, tərəflərin qarşılıqlı etibarını daha da artırır.
Energetika sahəsi Azərbaycanın Serbiyaya strateji töhfələrindən biridir. Təbii qaz ixracının başlaması və ixrac həcminin artırılması iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində qarşılıqlı maraqların və əməkdaşlığın güclənməsinə xidmət edir. Bu təşəbbüslər həm də Serbiyanın enerji sektorunun müstəqilliyini artırmaqla yanaşı, ölkənin iqtisadi inkişafına dəstək verir və regional enerji inteqrasiyasına töhfə göstərir. Bundan əlavə, birgə elektrik stansiyasının inşası təşəbbüsü tərəfdaşlığı yeni səviyyəyə daşıyır. Layihə Serbiyanın daxili enerji istehsal potensialını artırmaqla yanaşı, enerji təhlükəsizliyini möhkəmləndirəcək və gələcəkdə ixrac imkanlarını genişləndirəcək. Azərbaycanın bu layihəyə böyük həcmdə sərmayə qoymağa hazır olması Serbiya iqtisadiyyatına verdiyi strateji dəstəyi göstərir və iki ölkə arasında enerji sahəsində qarşılıqlı etimadı daha da möhkəmləndirir. Eyni zamanda, bu əməkdaşlıq, Avropa bazarında enerji təhlükəsizliyi və dayanıqlılıq məsələlərində qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir: “Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq”.
Azərbaycan–Serbiya münasibətlərində iqtisadi və investisiya əməkdaşlığı xüsusi yer tutur. Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, iqtisadi islahatlar və güclü idarəetmə nəticəsində xarici sərmayələr üçün cəlbedici ölkəyə çevrilməsi diqqətəlayiqdir. Azərbaycanın Serbiyaya sərmayə yatırmaq niyyəti strateji tərəfdaşlığın real nəticəsi olaraq iqtisadi sahədə konkret təşəbbüslərlə dəstəklənir. Bu əməkdaşlıq həm də regionda investisiya mühitinin daha şəffaf və sabit olduğunu nümayiş etdirir, xarici investorlar üçün əlavə əminlik yaradır.
Səfərin nəticələri göstərdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın dinamikliyini təmin edir. Gələcəkdə bir neçə görüşün planlaşdırılması iki ölkə arasında strateji dialoqun davamlı olduğunu göstərir. Bu görüşlər yeni layihələrin sürətli icrasına imkan yaradacaq, qarşılıqlı iqtisadi maraqların daha geniş spektrdə həyata keçirilməsini təmin edəcək.
Prezident İlham Əliyevin Serbiyaya tarixi səfəri göstərdi ki, iki ölkə münasibətləri artıq yalnız diplomatik dialoq səviyyəsində deyil, həm də iqtisadi, enerji və investisiya layihələrini əhatə edən çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilib. İkitərəfli münasibətlər qarşılıqlı etimada və uzunmüddətli perspektivlərə əsaslanır, bu isə iki ölkə üçün sabit və dayanıqlı inkişafın təminatıdır. Bu əməkdaşlıq modelinin davamlılığı, həmçinin regionda sülh və sabitliyin qorunmasına töhfə verir, tərəflərin geosiyasi və iqtisadi mövqelərini gücləndirir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri