Icma.az
close
up
RU
Azərbaycan sərhədində gizli qərargah quruldu Hücum hazırlığı KONKRET

Azərbaycan sərhədində gizli qərargah quruldu Hücum hazırlığı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) istiqamətində yerləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, müşahidəçilərin 13-14 nəfərlik qrupu Cermukda yerləşdirilib. “Hraparak” nəşri yazır ki, bu qrup daimi olaraq orada yaşayır.

“Cermuk sakinləri bildirib ki, onlar hər gün bölgəni gəzir, sərhədə gedir, müşahidələr aparırlar. Lakin kənarda onların yanına gəlib-gedənlər yoxdur. Sakinlər bildirir ki, müşahidə qrupunun yerli administrasiya ilə heç bir əlaqəsi yoxdur, onlar heç məlumat almır, yaxud vermirlər. Fəaliyyətlərinin nə olduğu bilinmir”, – nəşr yazır.

Bu məlumatda əsas diqqətçəkən məqam “müşahidə qrupu”nun Cemruk (İstisu) istiqamətində daimi yerləşməsidir. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə təxribat hücumundan sonra baş verən hərbi eskalasiya nəticəsində Azərbaycan Ordusu İstisu istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa etdi. Ermənistan hakimiyyətinin əsas istəyi Azərbaycan Ordusunun geri çəkilməsidir.

Bu məsələni diplomatik danışıqlarda daim dilə gətirməklə yanaşı, Ermənistanda Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur etmək üçün bu istiqamətdə hücum planları da olub. Bu kontekstdə Aİ-nin “müşahidə qrupu”nun İstisu istiqamətində daimi yerləşməsi və müşahidələr aparması diqqət çəkir. Müşahidə missiyasının tərkibində Qərb ölkələrinin kəşfiyyatçılarının olduğu haqda daha öncə məlumatlar yayılıb. İstisna deyil ki, “müşahidə qrupu”nda yer alan 13-14 nəfər gerçəkdə Qərb casuslarıdır və bölgədə kəşfiyyat məlumatları toplamaqla yanaşı, Ermənistanın İstisu istiqamətində mümkün təxribat planlarının hazırlığında da iştirak edirlər./publikaaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri