Icma.az
close
up
RU
Azərbaycan sərhədində gizli qərargah quruldu Hücum hazırlığı

Azərbaycan sərhədində gizli qərargah quruldu Hücum hazırlığı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının Ermənistandakı missiyası Cermuk (İstisu) istiqamətində yerləşib.
Demokrat.az 
 xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, müşahidəçilərin 13-14 nəfərlik qrupu Cermukda yerləşdirilib. “Hraparak” nəşri yazır ki, bu qrup daimi olaraq orada yaşayır.
“Cermuk sakinləri bildirib ki, onlar hər gün bölgəni gəzir, sərhədə gedir, müşahidələr aparırlar. Lakin kənarda onların yanına gəlib-gedənlər yoxdur. Sakinlər bildirir ki, müşahidə qrupunun yerli administrasiya ilə heç bir əlaqəsi yoxdur, onlar heç məlumat almır, yaxud vermirlər. Fəaliyyətlərinin nə olduğu bilinmir”, - nəşr yazır.
Bu məlumatda əsas diqqətçəkən məqam “müşahidə qrupu”nun Cemruk (İstisu) istiqamətində daimi yerləşməsidir. 2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə təxribat hücumundan sonra baş verən hərbi eskalasiya nəticəsində Azərbaycan Ordusu İstisu istiqamətində strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa etdi. Ermənistan hakimiyyətinin əsas istəyi Azərbaycan Ordusunun geri çəkilməsidir.
Bu məsələni diplomatik danışıqlarda daim dilə gətirməklə yanaşı, Ermənistanda Azərbaycan qoşunlarını geri çəkilməyə məcbur etmək üçün bu istiqamətdə hücum planları da olub. Bu kontekstdə Aİ-nin “müşahidə qrupu”nun İstisu istiqamətində daimi yerləşməsi və müşahidələr aparması diqqət çəkir. Müşahidə missiyasının tərkibində Qərb ölkələrinin kəşfiyyatçılarının olduğu haqda daha öncə məlumatlar yayılıb. İstisna deyil ki, “müşahidə qrupu”nda yer alan 13-14 nəfər gerçəkdə Qərb casuslarıdır və bölgədə kəşfiyyat məlumatları toplamaqla yanaşı, Ermənistanın İstisu istiqamətində mümkün təxribat planlarının hazırlığında da iştirak edirlər. (Publika.az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri