Icma.az
close
up
RU
“Azərbaycan sərhədlərinin bağlı qalması strateji təhlükəsizlik addımıdır” Ekspert

“Azərbaycan sərhədlərinin bağlı qalması strateji təhlükəsizlik addımıdır” Ekspert

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail, ABŞ və İran arasındakı hərbi qarşıdurma bölgə üçün strateji xəbərdarlığa çevrilib. Bu  baxımdan, Azərbaycanın  quru sərhədlərin bağlı qalması məsələsi yenidən gündəmə gəlib və artıq bu addımın doğru olduğunu qəbul edənlərin sayı artıb. 

İranın cavab zərbələri bölgədə gərginliyin uzun müddət davam edəcəyini göstərir.

Ekspertlər bildirir ki, sərhədlərin bağlı saxlanılması strateji addımdır. Pandemiya dövründə qəbul edilmiş qərarın hələ də qüvvədə qalması onun düşünülmüş və  əsaslandırılmış olduğunu göstərir. Hazırda Azərbaycanın həm şimal, həm də cənub qonşularında hərbi  qarşıdurmalar davam edir, hava hücumları və dron zərbələri regionda daha ciddi təlatümlər yarada bilər. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Azər Rəşidoğlu vurğulayıb ki, Azərbaycan üçün quru sərhədlərin açılmaması yalnız fiziki maneə deyil, həm də regiondakı gərginliyin idarə olunmasında strateji addımdır:

"Azərbaycanın cənub sərhədi potensial gərginlik və silahlı qrupların hərəkəti baxımından kritik zonadır. Belə bir zamanda sərhədlərin açılması daxili sabitliyi risk altına  qoya, miqrasiya və humanitar böhranları artıra, həm də qeyri-sabit aktorların ölkəyə daxil olmasına şərait yarada bilərdi. Azərbaycan öz sərhədlərini nəzarətdə saxlamaq istəyir. Bu addım həm təhlükəsizliyi təmin edir, həm də regiondakı gərginliyin ölkəyə yayılmasının qarşısını alır”.


Azər Rəşidoğlu əlavə edib ki, sərhədlərin qorunması eyni zamanda Bakının ehtiyatlı diplomatik siyasətinin və strateji mövqeyinin əsas göstəricisidir:

"Quru sərhədlərin bağlanması Azərbaycanın strateji və haqlı mövqeyini möhkəmləndirir, regiondakı etnik-siyasi risklərin ölkəyə sirayət etməsinin qarşısını alır və həm qısa, həm də orta müddətdə Azərbaycanın təhlükəsizliyini və regiondakı rolunu gücləndirir”.

Ekspert vurğulayıb ki, əgər İran zəifləsə və Urmiya–Təbriz xətti strateji gərginlik zonasına çevrilsə, Bakı üçün ən ağıllı yanaşma emosional deyil, ehtiyatlı siyasət yürütməkdir:

"Bu gün İranın qərbində muxtariyyətə bənzər təhlükəsiz zona yaradılması müzakirə olunur. Bəzi planlarda kürdlər  üsyanı genişləndirmək üçün potensial tərəfdaş kimi nəzərdən keçirilir. Potensial gərginlik və silahlı qrupların  sərhədi keçmə riski səbəbindən sərhədlırin bağlı saxlanılması düzgün addımdır. Bu addım ölkənin təhlükəsizliyini və strateji mövqeyini qoruyur”.

Qeyd edək ki, Azərbaycanın İranla quru sərhədlərinin bağlı qalması, əsasən regional təhlükəsizlik, hərbi qarşıdurma riskləri və üçüncü qüvvələrin ölkə ərazisindən İrana qarşı istifadə edilməsinin qarşısını almaq məqsədi daşıyır. Rəsmi Bakı Güney Azərbaycan əhalisinin təhlükəsizliyini prioritet sayaraq, müharibə şəraitində qaçqın axını və təhlükəsizlik təhdidlərindən qorunmağı hədəfləyir. 

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir üçüncü qüvvənin İrana qarşı plasdarmı olmayacaq.

Qaynarinfo-nun Siyasət şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri