Icma.az
close
up
RU
Regionda sabitlik Azərbaycan üçün strateji prioritetdir Ekspert

Regionda sabitlik Azərbaycan üçün strateji prioritetdir Ekspert

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 aprel, AZƏRTAC

Bəzən tarix gurultulu hadisələrlə deyil, səssiz qərarlarla yazılır. Bəzən bir zəng, bir jest, vaxtında verilmiş bir mesaj bütöv regionun siyasi ritmini dəyişə bilir. Yaxın Şərqdə baş verən hadisələrin fonunda Cənubi Qafqazın mürəkkəb geosiyasi labirintində məhz belə məqamlardan biri yaşandı. Prezident İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, sadəcə, iki dövlət başçısını deyil, iki siyasi xətti birləşdirdi. Etiraf etmək lazımdır ki, İran ilə ABŞ arasında əldə olunan ikihəftəlik atəşkəs zahirən müvəqqəti fasilə təsiri bağışlasa da, əslində regionun gələcək dinamikası üçün mühüm bir nəfəs imkanı yaratdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

Ekspert bildirib ki, müharibənin sarsıtdığı bir coğrafiyada bu cür fasilələr bəzən yeni başlanğıcların ilkin mərhələsi olur. Lakin diqqətçəkən məqam atəşkəsin özü qədər ona və heç şübhəsiz, müharibəyə verilən reaksiyadır.

“Ümumiyyətlə, bir şeyi xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın qonşularla siyasətini nəzərə aldıqda olduqca mühüm bir yanaşmanın şahidi oluruq. Rəsmi Bakı heç vaxt diplomatik kanalları bağlamayıb. İran və ABŞ arasında yaşanan son müharibə və atəşkəs sonrası da elə oldu. Azərbaycan Prezidentinin iranlı həmkarına zəng edərək təbriklərini çatdırması, protokol çərçivəsində izah edilə biləcək bir addım kimi görünə bilər. Lakin bu jestin arxasında daha dərin siyasi məna yatırdı. Bu, həm də mesaj idi: “Regionda sabitlik bizim üçün strateji prioritetdir və bu hər zaman belə olub”. Bu mesajın çəkisi isə yalnız sözlərlə ölçülmür. Son dövrlərdə baş verən hadisələr Azərbaycanın bu mövqeyini ardıcıl və prinsipial şəkildə nümayiş etdirdiyini göstərir. Münaqişə və gərginlik fonunda bir çox aktorların tərəddüd etdiyi, bəzi dövlətlərin isə açıq və ya gizli şəkildə mövqe dəyişdirdiyi bir vaxtda Azərbaycan sabit xətt seçdi. Bu incə fərq, əslində diplomatiyanın ən mühüm məqamlarından biridir. Azərbaycan nə tərəf tutdu, nə də məsafə saxladı. O, münasibət qurdu. Bu münasibətin əsasını isə Azərbaycan Prezidentinin simasında etimad təşkil edir”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, regionda dolaşan müxtəlif iddialara, təxribat xarakterli məlumatlara və süni şəkildə yaradılan təhlükə narrativlərinə baxmayaraq, Azərbaycan-İran sərhədi heç vaxt qarşıdurma xəttinə çevrilmədi. Əksinə, bu sərhəd sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlayışın simvolu kimi qaldı. Bu fakt özü-özlüyündə siyasi bəyanatdan daha güclüdür: “Azərbaycanın davranışı yalnız təhlükəsizlik müstəvisində deyil, humanitar sahədə də özünü göstərdi. Çətin günlərdə göstərilən dəstək, diplomatik ritorikadan daha təsirli olur. Məhz buna görə də Azərbaycanın İrana humanitar yardım göndərməsi, münasibətlərin formal deyil, real mahiyyət daşıdığını ortaya qoydu.

Rəsmi Bakının bu yanaşması regional təhlükəsizlik və stabillik strategiyasının tərkib hissəsidir. Bu strategiya isə sadə, lakin güclü bir prinsipə əsaslanır: qonşuluq yalnız coğrafi anlayış deyil, siyasi məsuliyyətdir və rəsmi Bakı bunu bir çox qonşularından daha yaxşı bilir və bu prinsipə uyğun hərəkət edir”.

Rufiz Hafizoğlu xüsusi olaraq Əli Xameneinin vəfatı ilə bağlı verilən ilk başsağlığına diqqət çəkib. “Diplomatiyada nə demək və etməklə yanaşı, nə zaman demək və nə zaman etmək də önəmlidir. Təəssüflər olsun ki, biz Azərbaycanın prinsipial mövqeyi fonunda İranda müəyyən dairələrin Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışmasını görürük. Hər nə qədər xoş olmasa da, bu, bizim üçün yeni bir hal deyil. Azərbaycan əleyhinə aparılan çirkin qarayaxma kampaniyalarını təhlil edərkən bunların vahid mərkəzdən idarə olunduğu ortaya çıxır. Tarix boyu regionda bu cür narrativlər müxtəlif məqsədlərlə formalaşdırılıb. Lakin reallıq hər zaman bu iddiaları təkzib edib. Azərbaycan əleyhinə olan müxtəlif dairələrin səsləri hər zaman faktlarla susdurulub. Azərbaycan heç vaxt İrana qarşı platformaya çevrilməyib, Azərbaycan öz ərazisindən İrana qarşı təhdidə imkan verməyib və rəsmi Bakı ən kritik anlarda belə münasibətləri qoruyub saxlayıb.

Bu faktlar artıq təkcə diplomatik arxivlərdə deyil, siyasi yaddaşda da öz yerini tutur və bundan sonra da tutacaq. Bu gün İran daxilində Azərbaycanla bağlı formalaşdırılan mənfi obrazın zəifləməsi də məhz bu səbəbdəndir. Çünki siyasətdə uzunmüddətli təsir yalnız ritorika ilə deyil, davranışlarla formalaşır. Azərbaycan isə davranış dili ilə danışan nadir aktorlardan biridir”, - deyə R.Hafizoğlu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri