Icma.az
close
up
RU
Azərbaycan Şimali Kipri tanıya bilər: Maneə qalmır

Azərbaycan Şimali Kipri tanıya bilər: Maneə qalmır

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti “Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC ) müstəqilliyini tanımağa, diplomatik, siyasi və iqtisadi əlaqələri mümkün qədər tez qurmağa, birbaşa uçuşlara və ticarətə yol açmağa” çağırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyə Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 51-ci ildönümü ilə bağlı keçirilən tədbirdə bu barədə danışıb. Ərdoğan Kipr probleminin aradan qaldırılması ilə bağlı ŞKTC-nin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll modelini dəstəklədiklərini bildirib. Prezident Ərdoğan ŞKTC-nin beynəlxalq arenada tanınması imkanlarının hər gün artdığını bildirib: 

“Kipr yunanları özlərini adanın tək hökmdarı və sahibi kimi göstərməyə çalışsalar da, hazırda Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan Şimali Kipr Türk Cümhuriyyəti var”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında şanlı ŞKTC bayrağının digər dövlətlərin bayraqları ilə yanaşı dalğalandığını qeyd edən Ərdoğan Kipr məsələsinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına bir daha minnətdarlığını bildirib. 

Qeyd edək ki, Türkiyə Prezidentinin beynəlxalq ictimaiyyətə müraciəti Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsini yenidən gündəmə gətirib. Rəsmi Ankara Şimali Kiprin bir sıra regional qurumlarda təmsil olunmasına respublikanın tanınması üçün əlverişli platforma kimi baxır. Xüsusilə də Türk Dövlətləri Təşkilatı ŞKTC-nin bərabərhüquqlu üzv dövlətə çevrilməsi istiqamətində ilk mərhələ hesab edilir. 

Lakin Qazaxıstanın və Mərkəzi Asiya ölkələrinin bu məsələdə fərqli mövqe tutması ŞKTC-nin müstəqil dövlət statusu qazanmasına mane olub. Kipr Respublikasının ərazi bütövlüyünü dəstəkləyən Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan adanın yunan hissəsi ilə diplomatik əlaqələr qurub. Digər üzvlərdən fərqli olaraq, Türkiyənin yanında yer alan Azərbaycan ŞKTC-nin müstəqil dövlət kimi tanınmasında maraqlıdır. 

İyulun 3-4-də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən zirvə görüşündə Azərbaycanın dəvəti ilə ŞKTC-nin Prezidenti Ersin Tatar da iştirak edib. Bu il aprelin 9-da isə Azərbaycan Prezidenti Şimali Kipr türklərinə hərtərəfli dəstək verib. “ŞKTC qardaşlarımız əmin ola bilərlər ki, biz onların ölkələrinin beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınması üçün hər zaman onların yanında olacağıq”,-deyə dövlət başçısı bildirib. 

Prezident Ərdoğanın da Azərbaycanı nümunə çəkməsi onun mesajının TDT-nın digər üzvlərinə ünvanlandığını deməyə əsas verir. Yəni Türkiyə TDT-yə daxil olan ölkələrin ŞKTC-nin müstəqilliyinin tanınmasını istəyir. Xatırladaq ki, Prezident Ərdoğan türk dövlətlərinə analoji müraciətlə ötən ilin sentyabrın 28-də də müraciət etmişdi. 

Əgər TDT ŞKTC-nin müstəqilliyini tanısa, o zaman İqtisadi Əməkdaşlıq Təşkilatına və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin də bu qərara qoşulması istiqamətində mühüm addımlar atıla bilər. Azərbaycanın ŞKTC-ni de-fakto müstəqil dövlət kimi tanıdığını söyləmək olar. 

Uzun illər Azərbaycana bu məsələdə mane olan səbəb erməni separatizminin mövcudluğu olub. Artıq Azərbaycan öz ərazilərini işğaldan azad edib və erməni separatizminə son qoyub. Böyük ehtimalla Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra ŞKTC-nin müstəqilliyinin tanınması üçün Azərbaycanın qarşısında hər hansı maneə qalmayacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Şimali Kipr

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri