Icma.az
close
up
RU
Azərbaycan siyasi partiya sistemi niyə çöküb? KONKRET

Azərbaycan siyasi partiya sistemi niyə çöküb? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müasir dövrdə nəinki Azərbaycanda, dünyada belə siyasi partiyaların rolu dəyişib. Partiyalar hələ də XIX və XX əsrin əvvəlindəki siyasi modellə işləməyə çalışırlar. Əvvəllər partiyalar üzvlük sayının çoxluğuna əsaslanırdılar, mitinqlər, yığıncaqlar, partiyaların şöbələri, ideoloji fərqlər və sairə var idi. Liberallar, mühafizəkarlar, millətçilər, sosialistlər, kommunistlər beş əsas siyasi partiya növü idi. İndiki dövrdə isə qlobal texnologiya əsrində partiyalar bu funksiyaları itiriblər. İnternet var, kiminsə yığışması ilə məsələ həll olunmur. Bu rol artıq əvvəlki kimi deyil – kimin üzvü çoxdur, ya azdır… Partiyalar əhəmiyyətini bu baxımdan itiriblər. Bu, bütün dünyada gedən prosesdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, xüsusilə, Avropada parlament partiyalarının sayı dəyişir: “İnsanlarda artıq partiyalara meyillilik yoxdur. Lider ətrafında cəmləniblər, hansısa dərin ideoloji bir şey yoxdur. Bugünkü problemləri həll edirlər. Partiya rəhbərləri də məcburdurlar ki, əhalinin gündəlik tələbatına cavab versinlər. Əhaliyə partiyanın qəbuluna, mitinqinə getmək, sözünü orada demək  artıq lazım deyil. İnternet vasitəsilə onsuz da deyir. Azərbaycanda isə başqa bir problem də var. Bizdə ideoloji fərq ümumiyyətlə yoxdur. Hamısı eyni şeyi deyir. Partiyalarımızın proqramlarında nə var ki, bir-biriləri arasında ciddi fərq olsun? Daha çox lider ətrafında birləşən partiyalardır, xüsusi başqa bir rolları yoxdur. Son illər “Siyasi partiyalar haqqında” qanun dəyişdi, tələblər artdı. Əlbəttə ki, bir sıra partiyalarda beş min üzv yoxdur… Bunu edənlər bilirlər ki, hazırda dünyada da üzvlük məsələsi əhəmiyyətli deyil. Partiya bileti dövrü gedib. Sadəcə, bizim qanunda müəyyən üstünlüklər var, dövlətdən pul alırsan. İnkişaf etmiş ölkələrdə siyasi partiyalar dövlətdən yox, onları dəstəkləyən qruplardan pul alırlar. Həmin qrupların da gərək biznesləri olsun, çünki onlar da partiyalarının hakimiyyətdə təmsil olunmasını, maraqlarının həyatda keçirilməsini istəyirlər. İş burasındadır ki, Azərbaycanda normal, azad biznes yoxdur. Əsas bizneslər dövlət qurumlarına bağlıdır. Ən azından özəl olsalar da, dövlət sifarişlərini yerinə yetirirlər, çünki ölkədə iqtisadiyyatın mütləq çoxluğu dövlətin əlindədir. Belə halda hansı biznes müxalif siyasi partiyanı maliyyələşdirər? Mümkün deyil. Heç biri bunu etməz. Niyə etməlidirlər? Şəxsi qənaətimə görə, parlamentdən kənarda qalan bəzi partiyaların tərəfdarları parlamentdə oturan partiya rəhbərlərinin tərəfdarlarından çoxdur. Niyə parlamentə düşə bilməyiblər, bu, ayrı mövzudur, amma faktdır. Azərbaycanda siyasi partiya yoxdur. İndi siyasi səhnədə elə də ciddi rəqabət olmadığı üçün YAP-ın də rolu, demək olar, yoxdur. Bəziləri partiyaya biznes kimi baxırlar. Necə ki bunu Ana Vətən Partiyasının timsalında gördük…”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri