Icma.az
close
up
RU
Kolleclərdə müəllim hazırlığı sistemi çöküb AÇIQLAMA

Kolleclərdə müəllim hazırlığı sistemi çöküb AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb. 

“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.


Təhsil eksperti Cahid İmanlı Sherg.az-a bildirdi ki, ilk problem kollec təhsilinin müddətinin az olması :


“Bu müddət ərzində tələbəyə həm pedaqoji ixtisasın dərinliklərini, həm də pedaqoji təcrübənin öyərdilməsi mümkün deyil. İkinci əsas məsələ isə məhz kollec müəllimlərinin özünün təhsilidir. Hazırda kollecdə işləyənlərin bir çoxunun nəinki ali akademik, heç magistr səviyyəsində belə təhsili belə yoxdur. Yəni kollec müəllimlərinin ali məktəb müəllimləri ilə müqayisədə bütün "elmi-təhsil parametr"lərdə geridə qalması şübhəsiz kollec məzunlarının da təhsil keyfiyyətinə təsirsiz qalmır. Bundan başqa digər bir səbəb kolleclərin maddi-tədris bazasının zəif olması və Nazirliyin özünün də kolleclərə az diqqət göstərməsidir. Son bir neçə ildə Elm və Təhsil Nazirliyi tərəfindən bir çox kollecdə yoxlamalar keçirilib, nəticədə də çoxlu sayda qanun pozuntusu aşkarlanıb. Bəzi hallarda kollecin rəhbərliyi işdən kənarlaşdırılıb. Bu yoxlamalara Nazirlik tərəfindən daha tez başlanmalı və proses daimi, ciddi olmalı idi. Çünkü, nəzarətin zəif olduğunu düşünən kollec rəhbərliyi müəssisədə standarlara görə yox, özünə sərf edən formada idarəetmə və təhsil-pedaqoji şəraiti yaradırl. Ən son məqamlardan biri də odur ki, uzun müddət kollecə qəbul mərkəzləşmiş qaydada həyata keçirilmirdi. Xüsusilə bölgələrdə kollec rəhbərliyi rüşvətlə tələbə qəbulu həyata keçirir və tələbələr adətən kollecin qapısından içəri girmədən diplom alırdılar. Belə diplom alıb məktəbdə dərs deyən müəllimlərə "qoyun müəllimlər" deyilirdi. Ona görə ki, kənd yerlərində hansısa valideyn bir iki qoyun satmaqla uşağını kollecə düzəldir və yenə də qoyun satmaqla semestr qiymətlərini yazdırırdılar. Nəticədə də hazırda Nazirin qeyd etdiyi acınacaqlı vəziyyət yaranmışdı.”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri