Icma.az
close
up
RU
Azərbaycan Slovakiya tərəfdaşlığı yüksələn xətlə inkişaf edir

Azərbaycan Slovakiya tərəfdaşlığı yüksələn xətlə inkişaf edir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Slovakiya, Azərbaycanın Avropa İttifaqına üzv olan və ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu doqquz ölkədən biridir. Bu gün Azərbaycan–Slovakiya əlaqələrinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin liderlərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan müasir diplomatik xəttinin xüsusi rolu vardır.

Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Səfər bir tərəfdən Azərbaycan–Slovakiya münasibətlərinin möhkəmləndirilməsi, digər tərəfdən isə Azərbaycan–Aİ xəttində əməkdaşlığın yeni məzmun alması baxımından diqqətəlayiqdir. Slovakiya ilə siyasi dialoqun genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji, nəqliyyat, yaşıl texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi səfərin əsas hədəfləri kimi çıxış edir.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata səsləndirdiyi bəyanatlar iki ölkə arasında əlaqələrin strateji mahiyyətini və onların regional, eləcə də qlobal müstəvidə artan əhəmiyyətini bir daha təsdiqlədi. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya münasibətləri dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmiş, bütün istiqamətlər üzrə sistemli, praktiki və dinamik qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Hazırda birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişləndirilir, müxtəlif sahələr üzrə müvafiq ekspert komandaları konkret layihələrin icrası istiqamətində ardıcıl şəkildə çalışırlar.
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri və aparılan müzakirələr ölkəmizin daha bir Avropa dövləti ilə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bu səfər siyasi dialoqun güclənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. “Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin may ayında Bakıda Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini müəyyən edir. Ölkələr arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Slovakiyanın mövcud texnoloji potensialının Azərbaycanın maliyyə və istehsal imkanları ilə birləşdirilməsi nəticəsində yeni müdafiə təyinatlı məhsulların istehsalı və onların dünya bazarlarına çıxarılması üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq həm texnoloji inkişafın sürətlənməsi, həm də müdafiə sənayesində innovativ həllərin tətbiqi baxımından ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Hər iki dövlət başçısı bu sahədə müvafiq layihələrin reallaşdırılmasını dəstəkləyərək qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair siyasi iradə nümayiş etdiriblər.
Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qatılması dostluq və tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Hazırda Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra olunması bu əməkdaşlığın konkret təzahürüdür. Sözügedən layihə həm rəmzi əhəmiyyət daşıyır, həm də Azərbaycan–Slovakiya əlaqələrinin dinamik və yüksələn xətlə inkişaf etdiyini göstərir. 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Azərbaycan və Slovakiya arasında münasibətlərin bu gün əldə etdiyi yüksək səviyyə təsadüfi deyil.
İki ölkə arasında siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və humanitar sahədə təmasların artması, ilk növbədə hər iki dövlətin diplomatik nümayəndələrinin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Səfirliklər və diplomatik missiyalar qarşılıqlı əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli səfərlərin təşkili, tərəfdaşlıq gündəminin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıblar. Diplomatik nümayəndələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində aparılan danışıqlarda əlaqələndirici funksiyanı yerinə yetirərək strateji tərəfdaşlığın formalaşmasına ciddi töhfə veriblər. Xüsusilə son illərdə artan qarşılıqlı səfərlər və imzalanan sənədlər Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Bu dinamikanın arxasında isə peşəkar diplomatiya, çevik koordinasiya və qarşılıqlı etimada əsaslanan iş prinsipi dayanır. Bu fəaliyyət gələcək illərdə də Azərbaycan–Slovakiya münasibətlərinin daha da inkişafına möhkəm təməl yaradır.
Slovakiyaya rəsmi səfər Azərbaycan diplomatiyasının əsas strateji istiqamətlərində möhkəm dayanığını nümayiş etdirir. Bu səfər bir daha Azərbaycanın Avropa məkanında nüfuzunun artdığını, Bakının çoxtərəfli əməkdaşlıq xəttinin uğurla davam etdiyini, Enerji və nəqliyyat sahələrində Azərbaycanın əvəzsiz tərəfdaş statusunun daha da gücləndiyini, Aİ ölkələri ilə münasibətlərin yeni məzmun qazandığını bariz nümünəsidir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, həm də Azərbaycan–Avropa əməkdaşlığının strateji çərçivəsinin genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər Azərbaycanın qlobal diplomatiyada artan rolunun, müstəqil siyasətinin və beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi dəyərləndirilir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri