Icma.az
close
up
RU
Azərbaycan Somali əməkdaşlığı ortaq maraqlara əsaslanır

Azərbaycan Somali əməkdaşlığı ortaq maraqlara əsaslanır

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın xarici siyasət konsepsiyası çoxtərəflilik prinsipinə əsaslanmaqla hər zaman yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini prioritet olaraq qəbul edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, daima dünyanın fərqli bölgələrində yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Somali ilə münasibətlər də bu kontekstdən dəyərləndirdikdə kifayət qədər önəmli xarakter daşıyır. İkitərəfli münasibətlərin tarixinə nəzər yetirdikdə, 2004-cü ildən etibarən qarşılıqlı əməkdaşlıq imkanlarının artdığını və əlaqələrin daha da möhkəmləndiyini deyə bilərik. Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə  ikitərəfli və çoxtərəfli formatda keçirilmiş görüşlər zamanı müzakirə olunan məsələlər və verilən bəyanatlar qarşılıqlı əməkdaşlığın gələcək yol xəritəsini müəyyən edən önəmli mesajlardır. Xüsusilə də, yaşıl enerji, neft-qaz sənayesi, kənd təsərrüfatı, təhsil və bir çox strateji önəm daşıyan sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları yenidən nəzərdən keçirilə bilər. Nəticə etibarilə, həm təşkilatlar, həm də ikitərəfli əlaqələr çərçivəsində Azərbaycan-Somali münasibətlərinin dinamik mərhələdə olduğunu aydın şəkildə ifadə edə bilərik. 
Dövlətlər arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. 
Somali Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir. Bundan əlavə, Somali –Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. 
Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. 
Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında  keçirilən görüşlərdə, mətbuata bəyanatlarda ətraflı bəhs edilib. Eyni zamanda, Somali rəhbərinin respublikamıza rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğu, bununla sıx dostluq münasibətlərində yeni səhifə açıldığı vurğulanıb.  
Azərbaycan liderinin bəyanatında iki ölkə arasında mühüm önəm daşıyan bir sıra məqamlar diqqətə çatdırılıb, imzalanmış sənədlərin ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə  əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub. Dövlət başçılarının görüşlərində regionlarımızda mövcud geosiyasi vəziyyət, ölkələrimizin üzləşdiyi çağırışlar geniş şəkildə müzakirə edilib, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək məsələləri, eləcə də terrorçuluğa və ekstremizmə qarşı birgə mübarizə tədbirləri barədə ətraflı danışılıb. 
Prezidentlərin görüşlərində Somalidə sərmayə imkanları da müzakirə edilib və ölkələr arasında müdafiə əməkdaşlığının mühüm sahələrdən biri olduğu bildirilib. Eyni zamanda, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratması diqqətə çatdırılıb. 
Prezident İlham Əliyevin bəyanatında həmin avadanlığın həm ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğu, həm də respublikamıza 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanı verdiyi qeyd edilib: “İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi... Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.
Görüşlərdə iki ölkənin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyəti də vurğulanıb və imzalanmış razılaşmalardan biri məhz həmin sahəni – Azərbaycanda artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemini əhatə edib. Bildirilib ki, bu sistem bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dövlətimizin başçısının sözləri ilə desək, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. 
Səfər zamanı hər iki ölkənin tərəfdaşlığında beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin mövcudluğu yüksək qiymətləndirilib. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda hər iki ölkənin dəstəyinin birmənalı olaraq davam etdirəcəyinə əminlik ifadə olunub
Səlim Məmmədov,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri