Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan İran əməkdaşlığı ölkələrimizin maraqlarına əsaslanır

Azərbaycan İran əməkdaşlığı ölkələrimizin maraqlarına əsaslanır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Azərbaycan və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb və bu, ölkələrimiz arasında qonşuluq və dostluq münasibətlərinin möhkəmlənməsinə, eləcə də ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlverişli imkan yaradıb.

Azərbaycan–İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın vaxtaşırı iclaslar keçirməsi və bu toplantılarda iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı məqsədilə zəruri layihələrin müzakirəsi də iki qonşu ölkə arasında mövcud sosial-iqtisadi əməkdaşlığı möhkəmləndirir, əlaqələri genişləndirir.

Hər iki ölkənin prezidentinin verdiyi tapşırığa uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərə də xüsusi önəm verilib. İnvestisiya sahəsində əməkdaşlığın inkişafı da daim diqqətdə saxlanılıb, Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının əhatə dairəsi getdikcə genişlənib.

Ekspertlər tərəfindən nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi yüksək dəyərləndirilib. Bu zaman 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcminin 20 faiz, tranzit daşımaların isə 23 faizdən çox artması faktına əsaslanılıb.

Yeri gəlmişkən, nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə edilən razılaşmalar hər iki hökumət üçün yol xəritəsi kimi yüksək dəyərləndirilib və bu yol xəritəsi kontekstində bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasına, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsinə başlanılıb.

Xatırladaq ki, bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun, xüsusilə, nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bunların sırasında Şimal–Cənub Nəqliyyat Dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi və Astaraçay çayı üzərində inşa edilən yeni avtomobil və piyada körpüsü Azərbaycan–İran arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.

Şərq – Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni gerçəkləşdirəcək Ağbənd – Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud – Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturu, eləcə də müvafiq sərhəd – gömrük infrastrukturunun tikintisi kimi önəmli layihələr də Azərbaycan–İran iqtisadi əməkdaşlığının sürətlə genişlənməsini şərtləndirir.

Bu günlərdə Baş nazirin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının ölkəmiz tərəfindən həmsədri Şahin Mustafayevin və respublikamızda səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçiriblər.

Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu, eyni zamanda, tikilməsi nəzərdən keçirilən yeni dəmir yolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin bu ilin sonunadək tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.

Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək, Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək, Körfəz ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.

Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaqdır.

Nümayəndə heyəti, həmçinin Azərbaycan ərazisində tikintisi sürətlə davam edən, strateji əhəmiyyətə malik Horadiz–Ağbənd dəmir yolu xətti ilə də əyani tanış olublar. Bu dəmir yolu xətti regionun əsas nəqliyyat xətlərindən biri olmaqla yanaşı, həm müxtəlif nəqliyyat kommunikasiyalarının şaxələndirilməsi, həm də beynəlxalq yükdaşımaların səmərəli təşkili üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, ekspertlərin fikrincə, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun və bununla yanaşı, Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsi hər iki ölkənin yerləşdiyi coğrafiyada yük və sərnişin daşımaları həcminə müsbət təsir göstərəcək, regionun inkişafına yeni imkanlar açacaq. Eyni zamanda, bu marşrutlar Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcək.

Azərbaycan – İran iqtisadi əməkdaşlığında enerji layihələrinin sürətlə gerçəkləşməsi də önəmli rol oynayır. Məsələn, Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eləcə də su elektrik stansiyaları, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan – İran əməkdaşlığı böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir.

Elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət daim diqqət çəkir. Bu fikrin bariz ifadəsi olaraq qeyd edək ki, hazırda Azərbaycan ilə İran arasında ümumi ötürmə gücü 860 MVt olan 5 nöqtədə elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur. Bu isə enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın gerçəkləşdirilməsini şərtləndirir.

İki ölkə arasında elektrik enerjisi əməkdaşlığından bəhs edərkən, bir məqama da toxunmaq istərdik. Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin reallaşdırılmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminliklə yanaşılır.

Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafını şərtləndirən bəzi məqamları və müvafiq göstəriciləri də diqqətə çatdırmaq istərdik:

– hər iki ölkə özünün geosiyasi mövqeyi və iqtisadi maraqları baxımından bir-biri ilə iqtisadi-ticari əməkdaşlıqda maraqlıdır. Bu əlaqələr əsasən neft və qaz, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində inkişaf edir;

– 1992-ci ildən etibarən Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiya fəaliyyət göstərir;

– 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon dollar (2023-cü illə müqayisədə dövriyyə 33 faiz artıb) olub;

– İran respublikamıza qum, kvars, gips, sement klinkeri, kərpic, metal konstruksiyalar, sürtgü yağları və s. ixrac edir. Azərbaycan sabun, yuyucu vasitələr, etilen-propilen, polimer məhsulları və ayaqqabının bir hissəsini İrandan alır. Ölkəmizə isə qara metaldan hazırlanmış soba və cihazların idxalına İran liderlik edir. İrandan az da olsa, kondisioner, paltaryuyan maşın, transformator, mebel də gətirilir;

– Azərbaycan isə İrana əsas ixrac malları – polad yarımfabrikatlar, təbii qaz, yeyinti sənayesinin qalıqları, elektrik enerjisi, texniki məqsədlər üçün bitkilər, qara metallardan digər məmulatlar, ipək, plastik kütlələr və onlardan məmulatlar ixrac edir;

– respublikamızda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 3,4 milyard dollarından çoxdur;

– ticari-iqtisadi əməkdaşlığın inkişafına böyük diqqət yetirilməsinin nəticəsidir ki, iki qonşu ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi həcmi ötən il 32 faizdən çox artıb. Bu dövrdə İran Azərbaycan iqtisadiyyatına 371 milyon dollardan çox investisiya yatırıb.

Burada onu da qeyd edək ki, indiyədək Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanıb. İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması, ticarət, enerji, nəqliyyat, turizm, gömrük məsələlərində əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlıq üzrə sazişlərin qəbul edilməsi bunun parlaq ifadəsidir.

Sənədlər əsasən, investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən uğurlardan istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi kimi məsələləri əhatə edir. Bu sıraya, eyni zamanda, ölkələr arasında ticarət və tranzit sahələrinin inkişafı üçün lazımi infrastrukturun yaradılması məqsədilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi də daxildir.

V. BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri