Azərbaycan südü hansı ölkələrdən alır, hansı ölkəyə satır? Qiymətlər
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin ilk 10 ayı ərzində Azərbaycandan Gürcüstana ümumi dəyəri 4 milyon 468,3 min dollar olan 5 min 518,3 ton süd ixrac olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, Gürcüstana ixrac olunan və yağlılıq dərəcəsi 1–6% arasında olan südün 1 litrinin orta gömrük dəyəri 1,42 manat olub.
Qeyd edək ki, eyni dövrdə Azərbaycan xarici ölkələrdən ümumi dəyəri 3 milyon 193 min dollar olan 4 min 257 ton süd idxal edib. İdxal olunan və yağlılıq dərəcəsi 1–6% arasında olan südün 1 litrinin orta gömrük dəyəri 1,31 manat olub.
Azərbaycan südü əsasən Belarusdan (1 981 ton), İrandan (1 527,6 ton) və Rusiyadan (469 ton) idxal edib.
Müqayisə üçün bildirək ki, daxili bazarda satılan pasterizə olunan yerli südün 1 litrinin qiyməti 1,13 manat, sterilizə olunan yerli südün 1 litrinin qiyməti isə 2,53 manat olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? Siyahı
12 Fevral 2025 17:15
Azərbaycan hansı ölkələrdən soğan alır?
15 İyun 2025 19:32
Azərbaycan hansı ölkələrdən xlor alır?
07 İyun 2025 00:17
Azərbaycan avtomobilləri hansı ölkələrdən alır? ARAŞDIRMA
15 Fevral 2025 11:29
Azərbaycan hansı ölkələrdən silah alır? ADLAR
11 Noyabr 2025 09:21
Baxış sayı:71
Bu xəbər 24 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















