Azərbaycan Suriyaya qaz satacaq Hər gün 3,4 milyon kubmetr
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr təbii qaz qəbul etməyə başlayacaq. Bu qaz Azərbaycan tərəfindən tədarük olunacaq və Türkiyə ərazisindən keçərək Hələb vilayətinə çatdırılacaq”.
Yeniavaz.com SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın Energetika naziri Məhəmməd əl-Bəşir deyib.
Nazir qeyd edib ki, bu qədər qazla təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Onun sözlərinə görə, bu addım Suriya enerji sektorunu dəstəkləməyə yönəlmiş ortaq əməkdaşlıq çərçivəsində atılıb.
Əl-Bəşir həmçinin verdiyi açıqlamada bu addımın ölkənin elektrik şəbəkəsinin sabitliyini gücləndirəcəyini vurğulayıb və qeyd edib ki, Suriya hökuməti bu prosesi vətəndaşların üzərindəki yükü azaltmaq və enerji tələbatını ödəmək məqsədi daşıyan milli plan çərçivəsində həyata keçirir.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Suriyaya 366 milyon kubmetr qaz satıb
10 Dekabr 2025 14:10
Azərbaycan gündəlik Suriyaya 3,4 milyon kubmetrdir qaz nəql edəcək
02 Avqust 2025 15:30
Suriya Azərbaycandan hər gü 3,4 milyon kubmetr təbii qaz alacaq
30 İyul 2025 17:03
Energetika naziri: Azərbaycan indiyədək Suriyaya 366 mln. kubmetr qaz tədarük edib
10 Dekabr 2025 13:33
Azərbaycan bu tarixdən Suriyaya qaz verəcək
25 İyul 2025 00:42
Baxış sayı:115
Bu xəbər 30 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















