Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Azərbaycan Suriyaya 366 milyon kubmetr qaz satıb

Azərbaycan Suriyaya 366 milyon kubmetr qaz satıb

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin beşinci iclası Türkiyənin İstanbul şəhərində keçirilib.

Modern.az xəbər verir ki, iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov sarsılmaz Azərbaycan - Türkiyə birliyi və strateji müttəfiqliyinin digər türk dövlətləri ilə münasibətlərimizdə də öz əksini taparaq türk dünyası ailəsinin formalaşmasına yol açdığını vurğulayıb. Nazir dövlət başçılarının strateji baxış və qətiyyətli siyasətlərinin Türk Dövlətləri Təşkilatının nüfuzunu və regional rolunu artırdığını, təşkilatın artıq geosiyasi mərkəzə və qlobal arenada vacib aktora çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın təşkilata sədrlik dövrü Prezident İlham Əliyevin “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” çağırışına uyğun şəkildə türk dövlətləri ilə strateji əlaqələrin hərtərəfli möhkəmlənməsi ilə xarakterizə olunur. Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq formatına qoşulması və Orta Dəhlizlə Şimal-Cənub marşrutunu tamamlayan Zəngəzur Dəhlizinin açılması istiqamətində atılan addımlar türk dövlətləri arasında birliyi daha da gücləndirəcək.

Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 7,3 milyard dolları ötdüyü, 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelinin 70-80 faizinin enerji sektorunun payına düşdüyü qeyd olunub. Ötən il və bu ilin 11 ayında BTC vasitəsilə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən neftinin dünya bazarlarına çıxarıldığı, Türkiyənin 18,7 milyard kubmetr, Avropa ölkələrinin isə Türkiyə vasitəsilə 24,6 milyard kubmetr qazla təchiz olunduğu diqqətə çatdırılıb. “İğdır-Naxçıvan” qaz kəmərinin istismara verilməsi, TPAO-nun “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü, həmçinin Özbəkistanda axtarış-kəşfiyyat layihəsinə başlanması türk dövlətləri arasında enerji əməkdaşlığının yeni mərhələdə nailiyyətləri kimi dəyərləndirilib.

Regional layihələr kontekstində Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasətinin “Türk Yaşıl Baxışı” və “Qəbələ Bəyannaməsi”nin prioritetləri ilə üst-üstə düşdüyü vurğulanıb.

“Trans-Xəzər”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ölkələrimizin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünü yaradacaq”, - deyə nazir əlavə edib.

Çıxışda Türkiyənin COP31-ə ev sahibliyinə dəstək də ifadə olunub.

İclasda təşkilat çərçivəsində irəli sürülən təşəbbüslər müzakirə edilib, “Texnologiyalar və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz” və “Enerji Səmərəliliyi üzrə Ekspertiza Şurası”nın yaradılması razılaşdırılıb. Nazirlərin növbəti iclasının Özbəkistanda keçirilməsinə qərar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri