Azərbaycan sürücülük vəsiqələri hansı ölkələrdə tanınır? ARAŞDIRMA
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.
Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Saziş təsdiq olunduqdan sonra iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.
Maraqlıdır ki, başqa hansı ölkələrdə bu vəsiqə qarşılıqlı tanınır?
Bizim.Media xəbər verir ki, vəsiqələrinin qarşılıqlı tanındığı ölkələr əsasən postsovet ölkələridir.
Qarşılıqlı tanınmanın olduğu MDB ölkələri aşağıdakılardır:
- Qazaxıstan;
- Qırğızıstan;
- Tacikistan.
Bundan əlavə, Azərbaycanla Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə saziş mövcuddur.
Həmçinin, Rusiya, Gürcüstan, Almaniya, o cümlədən digər əksər ölkələrdə bu sənəd müvəqqəti keçərli sayılır.
Yalnız daimi yaşamaq hüququ olarsa, ölkənin daxili şərtlərinə uyğun imtahandan keçərərək yeni sənəd əldə edilir.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 09 Aprel 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















