Azərbaycan Tacikistan ticarəti niyə zəifdir?
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə 241 faiz artaraq 14,7 milyon dollara çatmasına baxmayaraq, iki ölkənin iqtisadi potensialı ilə müqayisədə bu göstərici aşağıdır.
İqtisadçı-ekspert Eldəniz Əmirov “Bakupost”a bildirib ki, yüksək artım faizi əsasən əvvəlki illərdə ticarət dövriyyəsinin aşağı olması ilə bağlıdır. Onun sözlərinə görə, 14,7 milyon dollarlıq ümumi ticarət həcmi iki ölkənin iqtisadi potensialına uyğun deyil.

Ekspertin fikrincə, ticarətin genişlənməsinə əsas maneələrdən biri nəqliyyat və logistika xərcləridir. Azərbaycan və Tacikistanın birbaşa sərhədi olmadığı üçün malların daşınmasında üçüncü ölkələrin ərazisindən istifadə edilir ki, bu da xərcləri artırır.
Əmirov qeyd edib ki, digər problem ixrac imkanlarının və bazar tələbinin məhdud olmasıdır. Azərbaycan Tacikistana əsasən şəkər, bitki yağları və bəzi sənaye məhsulları ixrac edir. Tacikistandan Azərbaycana isə əsasən kənd təsərrüfatı məhsulları gətirilir.
Ekspert bildirib ki, logistika imkanlarının yaxşılaşdırılması, biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların və birgə layihələrin artırılması iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verə bilər.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Sentyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















