Icma.az
close
up
RU
Azərbaycan Tacikistan: strateji münasibətlər

Azərbaycan Tacikistan: strateji münasibətlər

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: "Ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur"

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri xalqqlarımız arasında mövcud olan səmimi münasibətlər, tarixi mədəni əlaqələr əsasında inkişaf edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Azərbaycan bu gün Prezident İlham Əliyein müdrik və uzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasında nüfuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Bu, dövlət başçımızın 22 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Ölkəmiz beynəlxalq aləmdə yüksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Tacikistanla da əlaqələr mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrin inkişafında səmimi dostluq münasibətləri, dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Qeyd edək ki, Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.

"AZƏRBAYCAN İLƏ TACİKİSTAN ARASINDA MÜNASİBƏTLƏRİN HAZIRKI YÜKSƏK SƏVİYYƏSİ XALQLARIMIZIN BİR-BİRİNƏ BƏSLƏDİYİ DƏRIN HÖRMƏT VƏ ETİMADDAN İRƏLİ GƏLİR"

Tacikistanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Hər iki dövlətin aktual regional və beynəlxalq məsələlərdə mövqeləri eynidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladıığı kimi, "Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur".

Azərbaycanın Tacikistan ilə ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Ölkələrimiz uzun illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda da bu əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir.

"BÜTÜN TÜRKDİLLİ ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏR BİZİM ÜÇÜN PRİORİTETDİR"

Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. İqtisadi əlaqələrə gəldikdə vurğulamaq lazımdır ki, iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir.

Azərbaycan-Tacikistan mədəni əlaqələri də məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Paytaxtla yanaşı, Gəncədə də keçirilən mədəniyyət günləri çərçivəsində Bakıda Tacik Kino Günləri də təşkil olunub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

Məlumdur ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır", - deyə bildirib.

Təbii ki, Azərbaycan - Tacikistan münasibətləri ölkələr arasında əməkdaşlığı yeni inkişaf səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun birgə imzaladıqları strateji tərəfdaşlıq haqqında Bəyannamə də əlaqələrin genişlənməsində öz sözünü deyir.

Bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı çıxışlarının birində bildirib: "Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik".

Siyasi müstəvidə BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda bir-birinin yanında olmaq, sülh və təhlükəsizlik uğrunda birgə mübarizə aparmaq bu ölkələrin əsas hədəflərindəndir. İqtisadi müstəvidə isə qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq getdikcə güclənir.

İqtisadi əlaqələrə gəldikdə vurğulamaq lazımdır ki, iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.

Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Əldə edilən razılaşmalar qardaş xalqların dərin maraqlarına cavab verir və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevrilib. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see431

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see233

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see226

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see196

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see193

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see193

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see177

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see175

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see168

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see159

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see157

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see157

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see154

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see149

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see149

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see145

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see145

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see145

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri