Icma.az
close
up
RU
Azərbaycan Tacikistanda yol hərəkəti təhlükəsizliyi tədbirində yaxşı nəticə göstərib

Azərbaycan Tacikistanda yol hərəkəti təhlükəsizliyi tədbirində yaxşı nəticə göstərib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il 15–19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində “Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması” mövzusunda elmi-praktik konfrans və “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq toplantı keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda iştirak edib.

İştirakçı ölkələrin nümayəndə heyətləri rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkət iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqların formalaşması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.

​​​​​​​​​​​​​Eyni zamanda, “Gənc yol hərəkəti inspektorları” adlı beynəlxalq tədbirdə müxtəlif nominasiyalar üzrə yarışan komandalar - yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, ölkəmizi təmsil edən məktəblilərdən ibarət nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstərib.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri