Icma.az
close
up
RU
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konsertindən Fotolar

Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konsertindən Fotolar

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Axşam.az xəbər verir ki, Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında mədəniyyət günləri çərçivəsində təntənəli qala konsert təşkil olunub.

Konserti Azərbaycanın və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli, Matlubaxon Sattoriyen, ölkəmizin Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov, eləcə də Düşənbədəki diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə nazirlər Adil Kərimli və Matlubaxon Sattoriyen səhnəyə dəvət olunublar. Hər iki nazir çıxışında mədəniyyətin iki xalq arasında etibarlı körpü olduğunu qeyd edib, mədəni əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçılarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin bütün istiqamətlərdə əlaqələrin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.

Sonra konsert proqramı başlanıb. Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) “Nağaralarla rəqs” ilə tamaşaçıların diqqətini səhnəyə bağlayıb. Ansambl daha sonra Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası mövzularına “Fantaziya”, “Qaytağı”, “Uzundərə” və “Ağ çiçəyim” rəqslərini böyük məharətlə ifa edib

Xalq artistləri Gülnaz İsmayılova Tofiq Quliyevin “Bakı”, Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artistlər Səbuhi İbayev Xan Şuşinskinin “Şuşanın dağları”, Aqşin Abdullayev Üzeyir Hacıbəylinin “Sevgili canan” əsərlərini ifa ediblər.

Fəqan Ələsgərov (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Mircavid Cəfərov (tarzən) isə Həsən Rzayevin “Çahargah” rapsodiyası”nı səsləndiriblər. 

“Dərviş” qrupu Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” və Ələkbər Tağıyevin “Qal sənə qurban” mahnılarını təqdim edib.

Təntənəli gecədə tacik musiqilərinə də yer verilib. 

Xalq artisti Gülyaz Məmmədova “Şodu, şodu, şodam”, Əməkdar artist Lalə Məmmədova “Şirin dilbər”, Aşıq Samirə və Aşıq Əli (duet) “Bir gözələ aşıq oldum” və “Yorat manam” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.

Qala konsert Əməkdar artist Xəyyam Mustafazadənin ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı ilə başa çatıb. Bütün ifalar tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.

Konsertin sonunda iki ölkənin nazirləri səhnəyə çıxaraq ifaçılarla görüşüb, uğurlu ifa münasibətilə təbriklərini çatdırıblar.

Konsert proqramı tamaşaçılara unudulmaz sənət zövqü yaşadıb.

Tacikistanda mədəniyyətimizin təntənəsi davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri