Azərbaycan tarixi siyasətindən imtina etdi Böyük dəyişiklik
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir çox mühüm ictimai və siyasi məqamlarla yadda qaldı. Dövlət başçısı müsahibədə 2025-ci ilin Azərbaycanın xarici siyasəti baxımından əlamətdar bir mərhələ olduğunu vurğulayaraq, əldə olunan mühüm nailiyyətlərə xüsusi diqqət çəkdi.
Azərbaycanın regionlararası “canlı körpü” və etibarlı tərəfdaş rolunun möhkəmlənməsi, tranzit həcmlərinin artması, eləcə də yeni enerji və rəqəmsal layihələrə start verilməsi 2025-ci ilin strateji məzmununu müəyyən edən əsas istiqamətlər kimi önə çıxdı.
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər təkcə 2025-ci ilin yekunu yox, Azərbaycanın yeni xarici siyasət mərhələsinin konturlarını göstərir:
“Uzun illər Azərbaycan xarici siyasətdə balanslaşdırma (Rusiya–Qərb–Türkiyə), riskdən yayınma modeli yürüdürdü.
2025-ci ildən isə yeni mərhələ başlayıb – Azərbaycan balanslayan ölkə yox, regionlararası mərkəz roluna keçib. Bu, çox incə, amma fundamental dəyişiklikdir.
Azərbaycan Avropa, Mərkəzi Asiya, Çin, qardaş Türkiyə, həmçinin D-8 ölkələri ilə hərtərəfli əlaqələr qurur. Xüsusilə Çinlə hərtərəfli strateji tərəfdaşlığın mahiyyəti Azərbaycanın Çinin “Bir Kəmər – Bir Yol” strategiyasında keçid ölkəsi yox, strateji həlqə statusu almasıdır. Enerji, logistika, rəqəmsal infrastruktur və yaşıl texnologiyalar paketi ABŞ və Aİ ilə münasibətləri pozmadan Çinlə dərinləşmə strategiyasıdır.
Burada əsas məqam bloklaşma yox, şaxələndirmədir.
Azərbaycanın D-8 üzvlüyü – səssiz, amma çox dərin qərardır. Bilirsiniz ki, D-8 1 milyarddan çox əhali, sürətlə böyüyən bazarlar, müsəlman dünyasının “iqtisadi platforması”dır. Azərbaycanın yeganə yeni üzv kimi qəbul edilməsi, əslində, siyasi etimad göstəricisidir”.
Siyasi şərhçinin sözlərinə görə, Türkiyə ilə strateji xəttin güclənməsi Qərb–İslam dünyası arasında körpü rolunun möhkəmlənməsidir:
“Bu, ideoloji yox, iqtisadi diplomatiyadır.
Həmçinin Mərkəzi Asiya Məşvərət Şurasına üzvlük tarixi bir dönüşdür. Bu addım Türk dünyasının institusional birləşməsini, Xəzərdən Orta Asiyaya vahid siyasi-iqtisadi məkanın formalaşmasını göstərir. Azərbaycan burada tranzit ölkə deyil, logistika beyni rolunu oynayır.
Tranzit həcmləri artır, Orta Dəhliz real alternativə çevrilir, Rusiya marşrutuna asılılıq azalır.
Bu prosesin mahiyyəti nədir?
Azərbaycan özünü “obyekt” yox, “subyekt” kimi möhkəmləndirir. Bu siyasət müharibədən sonrakı mərhələdə təhlükəsizliyi təmin edir, xarici təzyiqləri neytrallaşdırır, iqtisadi dayanıqlığı artırır.
Yekun olaraq qeyd edim ki, 2025-ci il Azərbaycan üçün regional oyunçudan qlobal bağlantı mərkəzinə keçid ili oldu. Çin, D-8 və Mərkəzi Asiya xətti vahid strategiyanın parçalarıdır. Bu strategiyanın məqsədi təhlükəsizlik, iqtisadi suverenlik və siyasi manevr imkanlarının genişlənməsidir”.
Safura Bənnayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 08 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















