Icma.az
close
up
RU
Azərbaycanda binalarda böyük dəyişiklik Bundan imtina edilir

Azərbaycanda binalarda böyük dəyişiklik Bundan imtina edilir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə yenilənmiş “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında yazılıb.

Hesabata əsasən, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən təxminən üç dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək.

“Binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət kəsb edir. lk olaraq, binaların yüksək səmərəli izolyasiya materialları – müasir istilik izolyasiyası və ikiqat şüşəli pəncərələrdən istifadə olunmaqla modernləşdirilməsi gözlənilir. Təkmilləşdirilmiş izolyasiya enerji səmərəliliyini artıracaq, qızdırma və soyutmaya olan enerji tələbatını azaldacaq.

İkincisi, LED işıqlandırmaya keçid və yüksək səmərəli məişət texnikasının – soyuducu, paltaryuyan və qabyuyan maşınların – təşviqi enerji istehlakını daha da azaldacaq. Nəhayət, qlobal enerji standartlarına uyğun hazırlanmış yüksək səmərəli kondisioner sistemlərinin quraşdırılması daha az elektrik enerjisi sərf etməklə soyutma səmərəliliyini artıracaq”, – hesabatda vurğulanıb.

Hesabatda qeyd edilir ki, 2035-ci ilə qədər dekarbonizasiya hədəflərinə çatmaq üçün tikinti sektorunda həm mövcud, həm də yeni binaların istilik nasosları, elektrik plitələri, müasir izolyasiya, LED işıqlandırma və enerjiyə qənaətcil cihazlarla təchiz olunması üçün böyük kapital yatırımları tələb olunacaq. İlkin xərclər yüksək olsa da, elektrikli istilik nasosları qaz qazanları ilə müqayisədə təxminən üç dəfə yüksək enerji səmərəliliyinə malik olduqları üçün əməliyyat xərclərində uzunmüddətli qənaət təmin edəcəklər.

“Təbii qaz hazırda binalar üçün əsas enerji mənbəyidir. 2022-ci ildə yaşayış sektoru təxminən 4 milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0,5 milyard kubmetr qaz istehlak edib. Bu həcm ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları ölkədə tullantıların 14%-i ilə ikinci ən böyük mənbəyə çevirib”, – hesabatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri