“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib” Rusiya XİN
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.
Qeyd olunur ki, dayandırılma Azərbaycanda aparılan yeni təhsil islahatları və “Milli Təhsil – 2030” proqramı çərçivəsində həyata keçiriləcək. Həmçinin bütün ixtisaslar üzrə tədrisin yalnız azərbaycan və ingilis dillərində aparılacağı, bu dəyişikliyin milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi daşıdığı qeyd olunub.
Məlumat Elm və Təhsil Nazirliyinin adından paylaşılsa da, qurum xəbəri nə təkzib, nə də təsdiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 02 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















