Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Tiktoker təhsil nazirliyi KÜNCDƏN BAXIŞ

Tiktoker təhsil nazirliyi KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin Bayramlı

Bu günlərdə mediada belə bir məlumat dərc olunub- “Elm və Təhsil Nazirliyinin dəstəyi ilə TikTok sosial media platformasında müəllimlər arasında müsabiqəyə start verilir. İlk dəfə keçirilən müsabiqədə ümumi təhsil, ali təhsil, eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin müəllimləri iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyən müəllimlər tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayaraq qeyd edilən tarixlərdə TikTok-da paylaşmalıdırlar. Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir. Sonda maarifləndirici videoları ən çox baxış sayı toplayan 3 qalib müəyyən edilərək iPhone 16 Pro smartfonu ilə mükafatlandırılacaq”.

Müsabiqənin məqsədi haqda əsaslandırma heyrətamizdir! “TikTok-un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan yaratmış olacaq”.

Bay, bay, bay. Müəllimlər özlərini ifadə etməyin yeni yollarını kəşf edəcəklərmiş! Yaxşı görək ala! Özünü reklam və virtual hoqqabazlıq üzrə davamlı keçirilən ümumrespublika festivalına müəllimləri də qoşmaq istəyirsiniz? Sizin başqa işiniz-gücünüz yoxdur? Təhsildə bilirinizmi nə qədər problemlər, həll olunası məsələlər, tənəzzülə məruz qoyulmuş sistemin bərpası işləri var? Hardan biləcəksiniz? Başını Tiktoka qarışıb. Bilsəydiniz 100 ildə qurulmuş təhsil sisteminin məhv olmasına səbəb olmazdınız. Sizə sözüm bu qədər!

İndi isə oxucularımıza üz tuturam. İndi bildinizmi təhsilimiz niyə məhv olub? İndi bildinizmi bu nazirlik nə işlə məşğuldur? Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər.

Şərtlərə baxın, 30 saniyə olmalıdır video. 30 saniyəyə nə video ola bilər?! İnsanlara axmaq-axmaq şeyləri öyrətmək nəyə lazımdı?! İkincisi, kriteriyaya diqqət edin: daha yaxşı, savadlı video hazırlayan yox, daha çox baxış toplayan qalib gələcək. Yəni, hər cür “bambılılıq”, şou çıxarın, gecə-gündüz videonu ona-buna göndərin, paylaşın, işinizi-gücünüzü buraxıb “TikTok”la məşğul olun. Ən axmaq material belə çox baxış toplasa, o qalib olacaq.

Belə bir rəzalət nəzəri cəhətdən də mümkün deyil. Bu, heç şeytanın da ağlına gəlməz. Bu nazirliyin məqsədi, fikri nədir?! Məhv edib bütün təhsili, darmadağın eləyib, müəllimlərin başına min oyun açır, şagirdlərin başına min oyun açır, indi də belə işini-gücünü buraxıb keçib sosial şəbəkədə müəllimlərdən ibarət bir şou yaratmağa. Bu elə bir biabırçılıqdır ki, bizim dilimizdə bunu ifadə edəcək söz də yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır.

Hələ qoyduqları mükafata baxın. “iPhone 16 Pro”. Dünyanın ən son model, ən bahalı telefonunu qoyurlar uduşa, halbuki, müəllimin necə deyərlər, əsas “emosional ehtiyacı”ən son model telefon deyil. Sən müəllimə sanatoriyaya bilet, işlərini görmək üçün hər hansı kompüter, hər hansı bir elmi-texniki avadanlıq verə bilərsən!

İndi bütün müəllimlər- təbii ki, normal müəllimlərdən başqa- başlayacaq şagirdləri məcbur etməyə ki, girin “TikTok”a, mənim videomu bəyənib paylaşın. Qısacası, müəllimlər və şagirdlər işlərini buraxıb orada məşğul olacaqlar. O sosial şəbəkə də murdar, rəzil, pozğun bir yerdir. Yerdə qalan əhalini, yaşlıları ora doldurmaq üçün Elm və Təhsil Nazirliyi var gücü ilə çalışır.

Bunun orta təhsil məzunları 1-2 qiymətlə universitetə daxil olur, təhsil səviyyəsi sıfıra düşüb, kurrikulum adlı əcaib sistemlə təhsili və tərbiyəni məhv ediblər, bunları düzəltmək əvəzinə tiktokerliklə məşğul olurlar.

Bu biabırçılığın bəraət veriləcək tərəfi yoxdur. Bundan daha biabırçı heç nə ola bilməz. Nazirliyin rəhbərliyi tam heyətdə istefa verməlidir. Belə nazirliyin olmağındansa, olmamağı daha yaxşı olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri