Icma.az
close
up
RU
“Azərbaycan təhsil sisteminin qarşısında duran əsas problem forma deyil, məzmundur…” EKSPERT

“Azərbaycan təhsil sisteminin qarşısında duran əsas problem forma deyil, məzmundur…” EKSPERT

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…”

“Dünyanın qabaqcıl ölkələri təhsilə xərc kimi deyil, investisiya kimi yanaşırlar…”

“Siyasi elmlərdə və idarəetmə nəzəriyyəsində “simvolik siyasət” anlayışı geniş yayılmışdır. Bu yanaşmaya görə bəzi qərarlar real problemlərin həllinə deyil, ictimai rəyin idarə olunmasına xidmət edir…”

“Təhsil sistemlərinin uğuru zahiri atributlarla deyil, öyrənmə nəticələri ilə ölçülür…”

“Dərsliklər təhsil sisteminin “intellektual konstitusiyası” hesab edilə bilər. Azərbaycanda son iyirmi beş il ərzində dərsliklərlə bağlı müzakirələr fasiləsiz davam edir…”

“Sosioloji baxımdan repetitorluğun geniş yayılması təsadüfi hadisə deyil.  Bu, məktəb sisteminə olan etimadın azalmasının göstəricisidir…”

“Müəllimin dəyəri onun geyimində deyil, şagirdlərdə yaratdığı intellektual təsirdə ölçülür…”

“Əgər süni intellekt məlumatı daha sürətli təqdim edə bilirsə, məktəbin funksiyası nə olmalıdır?   Cavab aydındır:  məktəb informasiyanın ötürülməsindən daha çox insan təfəkkürünün inkişafı ilə məşğul olmalıdır…”  

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsilə simvolik islahatlar, yoxsa system transformasiyası lazımdır?” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycan təhsilinin prioritetlər böhranı və süni intellekt dövrünün çağırışları...

“Bu gün ölkələrin zənginliyi neftlə, qazla, torpaqla deyil,  insan kapitalının keyfiyyəti ilə müəyyən edilir.  Bu səbəbdən təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…”

Tarix göstərir ki, dövlətlərin yüksəlişi və ya tənəzzülü onların təhsil sistemlərinin vəziyyəti ilə müəyyən olunur. Sənaye inqilablarından başlayaraq müasir bilik iqtisadiyyatına qədər bütün inkişaf mərhələlərində təhsil milli tərəqqinin əsas mexanizmi olmuşdur.

Müasir dövrdə təhsil yalnız sosial institut deyil. O, iqtisadi artımın, milli təhlükəsizliyin, texnoloji inkişafın və sosial sabitliyin strateji resursuna çevrilmişdir.  Məhz buna görə dünyanın qabaqcıl ölkələri təhsilə xərc kimi deyil, investisiya kimi yanaşırlar.

Azərbaycan da son 30 ildə  təhsil sisteminin modernləşdirilməsi istiqamətində müəyyən addımlar atmışdır. Yeni kurikulumlar, müəllimlərin işə qəbulu sisteminin yenilənməsi, məktəb infrastrukturunun yaxşılaşdırılması, rəqəmsallaşma layihələri və beynəlxalq qiymətləndirmə proqramlarında iştirak bu istiqamətdə görülən işlərin nümunəsidir.  Lakin bütün bunlara baxmayaraq, ETN-dən fərqli olaraq  cəmiyyətdə və hökumətdə  təhsilin keyfiyyəti ilə bağlı narahatlıq davam edir. Bu narahatlığın bir  səbəbi də  təhsil sisteminin qarşısında duran fundamental problemlərlə, ETN-nin  gündəmdə saxlamaq istədiyi,  müzakirə etdiyi  səthi məsələlər arasındakı uyğunsuzluqdur.

Bu gün əsas müzakirə mövzusu nə olmalıdır?..  

Dərsliklərin keyfiyyəti? Müəllim hazırlığı? Şagirdlərin funksional savadlılığı? Süni intellekt dövründə yeni kompetensiyalar?  Yoxsa müəllimlərin necə geyinməsi?  Bu sual  inzibati qərarın deyil, bütövlükdə təhsil siyasətinin mahiyyətinin müzakirəsidir…

Simvolik islahatlar nəzəriyyəsi və təhsil siyasəti…

Siyasi elmlərdə və idarəetmə nəzəriyyəsində “simvolik siyasət” anlayışı geniş yayılmışdır. Bu yanaşmaya görə bəzi qərarlar real problemlərin həllinə deyil, ictimai rəyin idarə olunmasına xidmət edir.  Təhsil sistemlərində də oxşar proses müşahidə olunur. 

Simvolik islahatlar adətən aşağıdakı xüsusiyyətlərlə seçilir: yüksək görünürlük,  ictimai rezonans, sürətli tətbiq imkanları, aşağı siyasi risk, ölçülə bilən görüntü effekti…

Əvəzində sistem islahatları  uzunmüddətli olur, ciddi maliyyə tələb edir, müqavimətlə qarşılaşır, nəticələri gec görünür.  Nəticədə qərarvericilər bəzən sistem problemlərindən daha çox simvolik dəyişikliklərə üstünlük verirlər.  

Prioritetlərin yerdəyişməsi fenomeni…

Təhsil siyasətində ən təhlükəli proseslərdən biri prioritetlərin dəyişdirilməsidir. Bu vəziyyətdə əsas problemlər dərslik böhranı, müəllim hazırlığının keyfiyyəti, məktəbin nüfuzu, şagird nailiyyətləri, innovasiya bacarıqları  ikinci plana keçir.  Onların yerini isə daha görünən mövzular tutur:  məktəbli forması, müəllim forması, davranış kodeksləri, inzibati nəzarət mexanizmləri.  Bu yanaşma müəyyən dövrdə ictimai diqqəti yönləndirə bilər. Lakin təhsilin real nəticələrinə ciddi təsir göstərmir.  Çünki təhsil sistemlərinin uğuru zahiri atributlarla deyil, öyrənmə nəticələri ilə ölçülür…

Dərslik problemi  təhsil sisteminin intellektual böhranıdır…

Təhsil sisteminin əsas sütunlarından biri dərslikdir. Dərslik sadəcə tədris vasitəsi deyil. O, cəmiyyətin gələcək insan modelini formalaşdıran ideoloji və intellektual sənəddir.  Bu baxımdan dərsliklər təhsil sisteminin “intellektual konstitusiyası” hesab edilə bilər. Azərbaycanda son iyirmi beş il ərzində dərsliklərlə bağlı müzakirələr fasiləsiz davam edir…Müşahidə olunan əsas problemlər faktoloji səhvlər, ağır dil, yaş xüsusiyyətlərinə uyğun olmayan məzmun, təkrarlanan mövzular, metodik çatışmazlıqlar, əzbərçiliyə meyillilikdir…

Problemin daha dərin tərəfi isə dərsliklərin böyük hissəsinin hələ də sənaye dövrünün məntiqi ilə hazırlanmasıdır.  Müasir iqtisadiyyat artıq məlumatı yadda saxlamağı deyil, məlumatla işləməyi tələb edir.  Lakin mövcud dərsliklərin əhəmiyyətli hissəsi hələ də məlumatın mexaniki ötürülməsinə əsaslanır…

Repetitorluq  məktəbin institusional zəifləməsinin göstəricisi…

Sosioloji baxımdan repetitorluğun geniş yayılması təsadüfi hadisə deyil.  Bu, məktəb sisteminə olan etimadın azalmasının göstəricisidir.  Əgər valideynlər övladlarının məktəbdə deyil, repetitor yanında öyrəndiyini düşünürlərsə, bu artıq fərdi deyil, sistem problemidir.  Repetitorluğun geniş yayılması aşağıdakı nəticələrə gətirib çıxarır: məktəbin təhsil monopoliyası zəifləyir, sosial bərabərsizlik artır,  təhsilin kommersiyalaşması sürətlənir, məktəbə ictimai etimad azalır.  Nəticədə məktəb əsas öyrənmə məkanı olmaq funksiyasını itirməyə başlayır…

Beynəlxalq təcrübədə  təhsil keyfiyyətinin yeni meyarları…

Müasir dövrdə təhsil sistemlərinin qiymətləndirilməsində ən nüfuzlu mexanizmlərdən biri “PISA” tədqiqatlarıdır.  “PISA”-nın fəlsəfəsinə görə təhsil sisteminin uğuru şagirdin nə qədər məlumat bilməsi ilə deyil, həmin məlumatdan necə istifadə etməsi ilə ölçülür.  Bu yanaşma təhsildə yeni anlayışların formalaşmasına səbəb olmuşdur: funksional savadlılıq, problemlərin həlli bacarığı, tənqidi düşünmə, yaradıcı yanaşma, əməkdaşlıq kompetensiyası.   “PISA” məhz bu bacarıqları ölçür.  Bu baxımdan məktəbin əsas missiyası dəyişir.  Məktəb artıq informasiya deposu deyil, düşüncə laboratoriyası olmalıdır…

Süni intellekt və təhsil fəlsəfəsinin dəyişməsi…

Bəşəriyyət tarixində ilk dəfə olaraq insanın intellektual fəaliyyətinin əhəmiyyətli hissəsi maşınlar tərəfindən yerinə yetirilə bilir.  Generativ süni intellekt sistemləri mətn yazır, kod yaradır, diaqnostika aparır, təhlil edir, yaradıcı məhsullar istehsal edir.  Bu vəziyyət təhsilin ənənəvi məqsədlərini yenidən düşünməyi tələb edir.  Əgər süni intellekt məlumatı daha sürətli təqdim edə bilirsə, məktəbin funksiyası nə olmalıdır?   Cavab aydındır:  məktəb informasiyanın ötürülməsindən daha çox insan təfəkkürünün inkişafı ilə məşğul olmalıdır…  

Müəllim artıq bilik mənbəyi deyil, öyrənmə memarıdır…  

XX əsrdə müəllim sinifdə əsas bilik mənbəyi idi.  XXI əsrdə isə bilik hər yerdə mövcuddur. Bu səbəbdən müəllimin funksiyası dəyişir. Yeni müəllim fasilitator, mentor, kouç, öyrənmə dizayneri, yaradıcı lider rolunu oynayır.  Belə müəllimin əsas resursu onun şəxsiyyətidir.  Şəxsiyyət isə standartlaşdırılmır.  Müəllimin dəyəri onun geyimində deyil, şagirdlərdə yaratdığı intellektual təsirdə ölçülür…

Təhsil və insan kapitalı nəzəriyyəsi…

İqtisadçı  alimlər  tərəfindən formalaşdırılmış insan kapitalı nəzəriyyəsinə görə dövlətlərin əsas sərvəti insanın bilik və bacarıqlarıdır.  Bu nəzəriyyə XXI əsrdə daha da aktuallaşmışdır. Bu gün ölkələrin zənginliyi neftlə, qazla, torpaqla deyil,  insan kapitalının keyfiyyəti ilə müəyyən edilir.  Bu səbəbdən təhsil siyasətinin əsas məqsədi standart davranış deyil, yüksək keyfiyyətli insan kapitalı yaratmaq olmalıdır…


Standartlaşdırma və yaradıcılıq dilemması…

Sənaye dövrünün məktəbi standart insan yetişdirmək üçün qurulmuşdu.  Lakin süni intellekt dövrünün iqtisadiyyatı fərqli düşünən insanlara ehtiyac duyur. İnnovasiya  fərqlilikdən, yaradıcılıqdan, risk götürməkdən, qeyri-standart düşüncədən yaranır.  Buna görə müasir təhsil nəzəriyyələri standartlaşdırmanı deyil, fərdiləşdirməni prioritet hesab edir.

Gələcəyin məktəbi fabrik deyil.  Gələcəyin məktəbi ideyalar ekosistemidir.  Azərbaycan təhsil sisteminin qarşısında duran əsas problem forma deyil, məzmundur.  Əsas məsələ müəllimlərin necə geyinməsi deyil, şagirdlərin necə düşünməsidir…

Əgər məktəb tənqidi düşünən, yaradıcı, təşəbbüskar, məsuliyyətli, innovativ vətəndaş yetişdirə bilmirsə, simvolik dəyişikliklər sistemin mahiyyətini dəyişməyəcək.  XXI əsrin təhsil siyasəti inzibati nəzarət üzərində deyil, insan potensialının inkişafı üzərində qurulmalıdır…

Təhsil tarixinin ən böyük dərsi budur: böyük dəyişikliklər formadan deyil, ideyadan başlayır…  

Azərbaycan təhsilinin gələcəyi də vahid forma tipli  layihələrindən deyil, keyfiyyətli müəllimdən, güclü dərslikdən, müasir pedaqogikadan, süni intellektə uyğun kurikulumlardan və insan kapitalının inkişafını prioritet hesab edən yeni təhsil fəlsəfəsindən asılı olacaqdır…”

Müəllif:

Dosent İlham Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 İyun 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri