Icma.az
close
up
RU
Türk ekspert: Azərbaycan artıq regional nəqliyyat logistika sisteminin əsas dayaqlarından birinə çevrilib

Türk ekspert: Azərbaycan artıq regional nəqliyyat logistika sisteminin əsas dayaqlarından birinə çevrilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini (TRIPP) Orta Dəhlizin qlobal halqasına çevirmək istiqamətində addımları sürətləndirir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun son bəyanatında qeyd etdiyi kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialının reallaşdırılması və Azərbaycan-Naxçıvan xəttinin bərpası Orta Dəhlizin buraxılış gücünü əhəmiyyətli dərəcədə artıracaq. Bu, təkcə regionun deyil, həm də Avrasiya məkanının logistika xəritəsini dəyişəcək strateji təşəbbüsdür. Rəsmi Ankaranın hədəfi Çinlə Avropa arasında ticarət prosesini Rusiya ərazisindən keçmədən təmin etmək, Türk Dövlətləri Təşkilatını isə qlobal nəqliyyat-kommunikasiya mərkəzinə çevirməkdir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən türk ekspert Engin Özer Cənubi Qafqazda nəqliyyat-kommunikasiya layihələrinin perspektivləri və regional sabitliyin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Rusiyadan Avropaya yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulan marşrut layihəsinin dayandırılması Türkiyə ilə deyil, Ukraynada davam edən müharibə ilə bağlıdır. Bu layihənin əsas tərəfdaşlarından biri olan Belarus tətbiq edilən sanksiyalar səbəbindən Avropa tərəfindən qəbul edilmədi. Eyni zamanda, Ukrayna bu layihədə Odessa istiqamətində mühüm mövqe tutur. Lakin Ukraynada davam edən müharibə fonunda yaxın illərdə bu layihənin reallaşması ehtimalı çox zəif görünür.

Engin Özer qeyd edib ki, mövcud vəziyyətdə Orta Dəhliz layihəsi ön plana çıxır. “Hazırda həm Ukraynadakı müharibə, həm də Yəməndə hücumlar Çindən gələn gəmilərə dolayısı ilə təsir edir. Bu səbəbdən daşınma xərcləri ciddi şəkildə artır. Buna görə də Avropa ilə Çin arasında təcili avtomobil yolu əlaqəsinin yaradılması vacibdir. Məhz bu mərhələdə Türkiyə Orta Dəhliz təşəbbüsü ilə əsas rol oynayır”, - deyə o vurğulayıb.

Ekspertin fikrincə, Orta Dəhliz layihəsinin reallaşması Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olmasına zəmin yaradacaq. “Bu layihə həyata keçərsə, bölgədə uzunmüddətli sabitliyin təmin olunacağına heç bir şübhə yoxdur. Regional gərginliklər əvəzinə, qarşılıqlı faydalı əməkdaşlıq və iqtisadi inkişaf meyilləri güclənəcək. Bütün region ölkələrinin qarşıdurmadan uzaq, dayanıqlı inkişaf və qarşılıqlı əlaqələrə yönələcəyi gözlənilir. Bu isə Cənubi Qafqazın strateji əhəmiyyətini böyük dərəcədə artıracaq”, - deyən Engin Özer diqqətə çatdırıb ki, Azərbaycan bu prosesdə öz geostrateji mövqeyini daha da möhkəmləndirəcək.

“Azərbaycan artıq regional nəqliyyat-logistika sisteminin əsas dayaqlarından birinə çevrilib. Orta Dəhliz layihəsinin tam reallaşması ilə ölkənin geosiyasi və iqtisadi çəkisi daha da artacaq. Buna görə də bölgədə yaxın perspektivdə gərginlik gözləmək məntiqli deyil”, - deyə o əlavə edib.

Politoloq, həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərinin arxasında da məhz Orta Dəhliz layihəsi dayanır.

“Ermənistan bu prosesdə iştirak etmək niyyətini göstərir və bu istiqamətdə atdığı addımlar davam edəcək. Əgər bu layihə reallaşarsa, Ermənistan üçün də yeni imkanlar açılacaq. Xüsusilə Türkiyə ilə sərhədlərin açılması və iqtisadi əlaqələrin bərpası Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirə bilər. Bu isə ölkənin inkişafı baxımından strateji əhəmiyyət daşıyır”, – deyə Engin Özer vurğulayıb.

O əlavə edib ki, Orta Dəhliz layihəsinin həyata keçməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistan üçün sabitlik və qarşılıqlı etimadın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bundan sonra Cənubi Qafqazda qarşıdurmadan deyil, ortaq layihələrdən, inkişafdan və sabitlikdən danışacağıq. Ermənistanın bu prosesə müsbət yanaşması isə regional inteqrasiyanı daha da sürətləndirəcək”, – deyə ekspert fikrini tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri