Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Azərbaycan təhsilində “heyvagülü” siyasəti və onun acı dadan nəticələri… EKSPERT

Azərbaycan təhsilində “heyvagülü” siyasəti və onun acı dadan nəticələri… EKSPERT

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Bu ifadənin mənası budur ki,   kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm.  Əslində bu, təkcə fərdi xarakterin  xüsusiyyəti deyil,  bu bəzən bütöv idarəetmə modeli  olur...”   

“Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...”

“İnnovativ  təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır.  Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir.  Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar…”

“Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir.  Səhvlər gizlədildikdə isə inkişaf dayanır…”

“Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır…”

“Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz…”      

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycan təhsil idarəçiliyinin görünməyən böhranı” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür.  Onlardan biri də bu  ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.”    Bu ifadənin mənası budur ki,   kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm.  Əslində bu, təkcə fərdi xarakterin  xüsusiyyəti deyil,  bu bəzən bütöv idarəetmə modeli  olur...   

Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə  baxdıqda müəyyən sahələrdə məhz belə  idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk.  Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq.  Bu anlayış  təhsildəki   idarəetmə davranışının analitik modelidir.

“Heyvagülü siyasəti” nədir?..

Bu  təhsil siyasətinin  əsas xüsusiyyətləri belədir:

• ekspert rəyinin nəzərə alınmaması;

• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;

• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;

• statistik göstəricilərin formal və saxta xarakter daşıması;

• beynəlxalq təcrübənin əməldə yox,  yalnız təqdimatlarda xatırlanması;

• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…

Başqa sözlə, qərar əvvəl qəbul edilir,  sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır.  Halbuki  müasir dövlət idarəçiliyində proses bunun tam əksidir.  Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.  

Təhsil menecmentində  ən təhlükəli  amil:  səbəbsiz yerə özünəinamın həddindən artıq olması…

Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur.  Bu effekt göstərir ki,  ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər.  Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.

İdarəçilərdən bəziləri hesab edirlər ki,  onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir.  Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur.  Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…

Reallıqda  xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi”  öz payini götürmür…

Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur.  Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar  eyni problemləri dəfələrlə göstərmişlər.  Məsələn,  kurikulum problemləri,  müəllim hazırlığındakı boşluqlar,  qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması,  elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi.  Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir.  Bu, artıq təsadüf deyil.  Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər...  

Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..

Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…

Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə  proqramın həcminin  real imkanlara uyğunluğu,  öyrənmə  metodikasının  müasir idrak xüsusiyyətlərinə uyğunluğu,  qiymətləndirmə sistemi  öyrənməni təşviq edirmi,  yoxsa yalnız nəticəni ölçür,  müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi,  məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir  və s.  kimi   suallar yaradır.  Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...

Universitet diplomunun dəyərini kim müəyyən edir?..

Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır:  tədrisin keyfiyyəti,  elmi tədqiqat potensialı,  beynəlxalq əməkdaşlıq,  məzunların rəqabət qabiliyyəti…

Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir...  

İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…

İnnovativ  təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır.  Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir.  Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən,  məzundan,  işəgötürəndən, valideyndən…  Onlar bu rəyləri təhlükə hesab etmirlər.  Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir.  Səhvlər gizlədildikdə isə inkişaf dayanır…

Təhsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..

Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir,   əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…

Təhsildə  “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…

Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:

• insan kapitalının keyfiyyətinin zəifləməsi;

• innovasiya potensialının aşağı düşməsi;

• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;

• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;

• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;

• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…

Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı,  iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.  

“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…

Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:

1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.

2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.

3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.

4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.

5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.

6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.

Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…

Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir… 

Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 İyul 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri