Icma.az
close
up
RU
Ekspert: PISA nəticələri Azərbaycan təhsilində ciddi irəliləyişin göstəricisidir

Ekspert: PISA nəticələri Azərbaycan təhsilində ciddi irəliləyişin göstəricisidir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

PISA 2025 tədqiqatının nəticələri Azərbaycan təhsilində son illərdə həyata keçirilən islahatların və əldə olunan irəliləyişlərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil üzrə ekspert Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə nəticələrin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşması diqqət çəkir. On beş yaşlı şagirdlərin riyaziyyat üzrə nəticələrinin yüksəlməsində bu fənnin ümumi təhsil sistemində xüsusi yer tutması, buraxılış imtahanlarında qiymətləndirilməsi və şagirdlərin riyazi bacarıqlara daha çox diqqət ayırması mühüm rol oynayır.

Ramin Nurəliyev bildirib ki, oxu savadlılığı üzrə nəticələr isə hələ də diqqət tələb edən istiqamətlərdən biridir: “Şagirdlərdə mütaliəyə marağın artırılması və oxu mədəniyyətinin formalaşdırılması ümumi təhsil sisteminin qarşısında duran əsas məsələlərdəndir. Oxu bacarığı üzrə nəticələrin daha yüksək olması üçün məktəblərdə şagirdlərin mütaliəyə marağının artırılması, oxu vərdişlərinin erkən yaşlardan formalaşdırılması vacibdir. Bu istiqamətdə atılan addımların nəticəsinin növbəti illərdə daha aydın görünəcəyini düşünürəm.

Müəllimlərin peşəkar inkişafı da PISA nəticələrinə birbaşa təsir edən amillərdən biridir. Müəllimlərin sertifikatlaşdırılması prosesi nəticəsində pedaqoji heyətin keyfiyyət göstəricilərinin yüksəlməsi gələcəkdə şagirdlərin beynəlxalq qiymətləndirmələrdəki nəticələrinə də müsbət təsir göstərə bilər. Yüksək nəticə göstərən şagirdlərin yetişdirilməsi üçün ilk növbədə yüksək peşəkarlığa malik müəllim kontingentinin formalaşdırılması vacibdir. Sertifikatlaşdırma bu baxımdan əhəmiyyətli mexanizmlərdən biridir. Müəllimlərin peşəkar səviyyəsi yüksəldikcə bunun şagirdlərin nəticələrində də öz əksini tapacağını gözləmək olar”.

Ekspert məktəbəqədər təhsilin də şagirdlərin sonrakı akademik göstəricilərində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, məktəbəqədər hazırlığın əhatə dairəsinin genişlənməsi uşaqların məktəbə adaptasiyasına və ilkin bacarıqlarının formalaşmasına müsbət təsir göstərir.

Azərbaycanın PISA-da iştirakının ölkənin təhsil sisteminin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayan ekspert bildirib ki, son illərdə təhsil infrastrukturunun yenilənməsi, məktəblərin təmiri və bərpası, laboratoriyaların yaradılması, rəqəmsal texnologiyaların tətbiqi və təhsil xidmətlərinin elektronlaşdırılması sistemin inkişafına mühüm töhfə verib.

“Azərbaycan təhsilində son illərdə baş verən dəyişiklikləri yalnız PISA nəticələri ilə ölçmək düzgün olmazdı. Bununla belə, beynəlxalq qiymətləndirmənin nəticələri görülən işlərin müəyyən istiqamətlər üzrə nəticəsini görmək baxımından mühüm göstəricidir. Məktəblərin rəqəmsallaşdırılması, təhsil infrastrukturunun yenilənməsi və müasir tədris imkanlarının yaradılması ümumi inkişaf prosesinin mühüm hissəsidir.

Əldə olunan nəticələr Azərbaycan təhsilində inkişaf dinamikasının olduğunu göstərir. Bununla yanaşı, oxu savadlılığı, yuxarı siniflərdə təhsilin məzmununun təkmilləşdirilməsi və şagirdlərin ali təhsilə hazırlığı kimi istiqamətlərdə əlavə addımların atılmasına ehtiyac var.

Yuxarı siniflərdə tədrisin şagirdlərin gələcək ali təhsil istiqamətləri ilə daha sıx əlaqələndirilməsi repetitorluqdan asılılığın azaldılmasına da kömək edə bilər. Ümumtəhsil məktəblərində təmayül siniflərinin inkişaf etdirilməsi bu baxımdan mühüm addımdır. Şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə daha məqsədyönlü hazırlığının məktəbdə təşkil olunması həm təhsilin keyfiyyətinə, həm də əlavə hazırlığa olan ehtiyacın azalmasına təsir göstərə bilər”, – deyə ekspert əlavə edib.

Ekspert qeyd edib ki, PISA 2025 nəticələri Azərbaycan təhsilinin bütün problemlərinin həll olunduğu anlamına gəlmir. Bununla belə, göstəricilərdəki müsbət dinamika həyata keçirilən islahatların nəticələrinin tədricən formalaşdığını göstərir.

Müxbir-Nərmin Muradzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri