Icma.az
close
up
RU
Azərbaycan tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır”

Azərbaycan tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Ölkəmiz bir çox tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır. Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Coğrafi baxımdan regiondan uzaqda yerləşən Vyetnam da Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Ötən həftə ölkəmizə dövlət səfəri edən Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıda keçirdiyi rəsmi görüşlərdə ikitərəfli əlaqələrdə yeni mərhələnin əsası qoyuldu. Səfər çərçivəsində tərəflər enerji, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Ənənəvi enerji sahəsindəki əməkdaşlıqdan əlavə, hər iki ölkə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür. 

Vyetnamda da hesab edirlər ki, Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağı olması logistika, dəniz və dəmir yolu daşımaları, aviasiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır. Tərəflər  iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə və nəqliyyat əlaqəliliyinin artırılmasına qarşılıqlı maraq nümayiş etdirir.

Bakı və Hanoy həmçinin müdafiə sənayesi sahəsində perspektivləri dəyərləndirəcək. Nəzərə alsaq ki, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Prezident İlham Əliuevin də söylədiyi kimi, burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Vyetnamla Azərbaycan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Belə ki, BMT Təhlükəsizlik Şurasında sözügedən ölkə Azərbyacan çox ciddi dəstək nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində də uğurlu birgə fəaliyyət davam edir. Ən vacibi – Bakı ilə Hanoy hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. 

Tərəflər həmçinin humanitar sahədə də əməkdaşlığı genişləndirir. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.  Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində də effektiv görüşlər keçirildi. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdirilir.


Könül Nurullayeva,
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 May 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri