Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Azərbaycan terrora qarşı qəti mövqeyini göstərdi ŞƏRH

Azərbaycan terrora qarşı qəti mövqeyini göstərdi ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqaz regionu son illərdə mürəkkəb geosiyasi proseslərin təsiri altında formalaşan yeni təhlükəsizlik reallıqları ilə üzləşir. Bu reallıqlar fonunda dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələləri yalnız diplomatik müstəvidə deyil, həm də təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Martın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası məhz bu kontekstdə mühüm siyasi hadisə kimi qiymətləndirilir. İclasda dövlət başçısı Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu kəskin şəkildə pisləyərək onu açıq şəkildə terror aktı kimi xarakterizə etdi. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır.” Dövlətimizin başçısının sözlərinə görə hücumun hədəfləri hərbi obyektlər deyil, məhz mülki infrastrukturlar olub. Bu isə hadisənin mahiyyətini daha da ağırlaşdırır. Dövlət başçısı xüsusi vurğuladı ki, hücum zamanı Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki obyektlər atəşə tutulub. Bu fakt beynəlxalq hüququn və humanitar prinsiplərin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər.

Cənab Prezident İlham Əliyev çıxışında diqqəti bir vacib məqama yönəltdi: bu hadisə təsadüfi və ya lokal insident kimi qiymətləndirilə bilməz. Azərbaycanın son illərdə regional siyasətdə artan nüfuzu və müstəqil mövqeyi bəzi qüvvələri narahat edir. Dövlət başçısı vurğuladı ki, bu, İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən ilk təxribat deyil: “Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir.” Bu kontekstdə ölkə başçısı Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumunu xatırlatdı. Həmin hadisə regionda diplomatik təhlükəsizliyin təmin olunması baxımından ciddi suallar doğurmuşdu. Dövlət başçısının sözlərinə görə, hücumun uzun müddət davam etməsinə baxmayaraq təhlükəsizlik qurumlarının müdaxilə etməməsi bu hadisənin arxasında təşkilatlanmış qüvvələrin dayandığını göstərirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülh və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdüyünü bir daha bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan öz ərazisinin başqa dövlətlərə qarşı istifadə olunmasına heç vaxt imkan verməyib. “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək.” Bu mövqe Azərbaycanın beynəlxalq hüquqa və regional sabitliyə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir. Cənab Prezidentin sözlərinə görə, Azərbaycanın əsas məqsədi öz suverenliyini qorumaq və regionda sabitliyin möhkəmlənməsinə töhfə verməkdir.

Son illər Azərbaycanın hərbi və siyasi potensialının artması regionda yeni güc balansının formalaşmasına səbəb olub. Cənab Prezident İlham Əliyev çıxışında bu amilə də xüsusi diqqət yetirdi və Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malik olduğunu bildirdi. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq.” Dövlət başçısı eyni zamanda Azərbaycanın son illərdə göstərdiyi qətiyyətli mövqeni xatırladaraq bildirdi ki, ölkənin gücünü sınamağa çalışan qüvvələr artıq bunun nəticələrini görüb. “Bizim gücümüzü sınamaq istəyənlərin başı Dəmir yumruq vasitəsilə yarıldı.” Bu ifadə yalnız hərbi gücə deyil, həm də dövlətin siyasi iradəsinə və milli birlik prinsipinə işarə edən mühüm mesajdır. Təhlükəsizlik Şurasının iclasında cənab Prezident İlham Əliyev hadisə ilə bağlı diplomatik və təhlükəsizlik tədbirlərinin artıq başladığını açıqladı. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim ediləcək. Eyni zamanda, ölkənin təhlükəsizlik strukturlarına xüsusi göstərişlər verilib. “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.” Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq həm diplomatik, həm də təhlükəsizlik müstəvisində bütün zəruri addımları atacaq. Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın humanitar prinsiplərə sadiqliyi ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, İran tərəfi Livanda qalmış diplomatik əməkdaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəyib və Azərbaycan bu müraciəti qəbul edib. “Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” Bu addım Azərbaycanın beynəlxalq münasibətlərdə humanitar və etik dəyərlərə sadiqliyinin göstəricisi kimi qiymətləndirilə bilər.
Təhlükəsizlik Şurasının iclası bir daha göstərdi ki, Azərbaycan öz milli təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı qətiyyətli və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçısının çıxışı həm ictimaiyyətə, həm də regionda prosesləri diqqətlə izləyən beynəlxalq aktorlara ünvanlanan ciddi siyasi mesaj idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim Dəmir yumruğumuzu görəcək.” Bu mesaj Azərbaycanın müstəqil siyasət kursunun, milli təhlükəsizlik strategiyasının və dövlət iradəsinin dəyişməz olduğunu bir daha təsdiqləyir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see298

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see283

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see279

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see242

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see230

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see226

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see226

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see225

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see225

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see214

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see214

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see211

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see206

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see191

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see189

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see186

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see182

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri