Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

I məqalə

Qlobal geosiyasi dinamika

Geosiyasi xüsusiyyətlərinə görə XXI yüzil öncəki əsrlərin heç birinə bənzəmir. Buna görə də obrazlı deyə bilərik ki, “XXI əsrin geosiyasi yaddaşı qısadır”. Əvvəlki əsrlərdə toplanmış təcrübə indi qismən faydalı ola bilir. Həll edilməyən problemlər artdıqca siyasi liderlər və analitiklər xaotik dünyadan, idarəedilən xaosdan, dünyanın geosiyasi parçalanmasından bəhs edirlər. 

Praktiki olaraq bu cür nəzəri təsbitlərdən o tərəfə keçid etmək hələlik mümkün olmayıb. Əvəzində bir çox variantlarda qlobal inkişafa təkan verən təşkilatlanma platformaları meydana gəlir. Onları əhatə dairəsi və üzv dövlətlərin siyasi-coğrafi, etnik-mədəni, iqtisadi xüsusiyyətlərinə görə regional və beynəlxalq təşkilatlar kateqoriyalarına bölürlər. 

Bundan başqa, müasir geosiyasətdə “region” anlayışının fərqli izahları mövcuddur. “Region” anlayışı fonunda “regionçuluq”, “regionalizm”, “regionlaşma” və s. kimi anlamlar meydana gəlmişdir ki, neqativ və pozitiv mənalarda işlədilə bilirlər.

Bütün bunlardan başqa, müasir dünyanın qloballaşma kontekstində fərqli ierarxik (pilləvari) geosiyasi bölgüləri vardır. Məsələn, “Qlobal Şimal/Qlobal Cənub”, “İnkişaf etmiş/inkişaf edən/inkişaf etməmiş dünyalar”, “Mərkəz/Əyalət” və digər təsniflərə rast gəlinir. Bunların fonunda bir zamanlar dünyaya hökm oxuyan imperiyaların parçalanmasından sonrakı dövlətçilik prosesini xarakterizə etməyə istiqamətlənmiş “bölünmüş dövlətlər” və “bir-biri ilə eyni qütbləşməyə can atan bölünmüş dövlətlər” kimi geosiyasi fərqləndirmələr mövcuddur. 

Bu kimi yeni məqamların prizmasında müasir dünyanın geosiyasi mənzərəsi necə görünür?

Geosiyasi mənzərə

Maraqlıdır, bir tərəfdən qloballaşmadan bəhs edirik, digər tərəfdən dünyanı çox müxtəlif təsnifli geosiyasi fraqmentlərə bölürük. XX əsrin geostrateqlərinin patriarxı sayılan Henri Kissincer yazırdı ki, dünya nizamı heç zaman olmamışdır və indi də onun nə olduğu aydın deyildir. Bu o deməkdir ki, dünya tarixində onu real birləşdirə biləcək kriteriyalar hazırlanmamışdır (və ya hazırlamaq mümkün olmamışdır). İmperiya dövlətləri belə buna cəhdlər etmişlər. Məsələn, XVII əsrdə Vestfal Sazişi Roma İmperiyası ilə Roma Papasının xristian dünyasını birləşdirməkdə fərqli kriteriyalara söykənmələri üzündən meydana gələn müharibələrə son qoymaq cəhdi idi. Ancaq çox düşündürücüdür ki, məhz Avropada XVII əsrin ikinci yarısından XVIII əsrin sonlarına qədər avropalılar 50-yə yaxın knyazı tonqalda yandırmışlar. Yəni kağız üzərində Vestfal Avropa dövlətlərinin münasibətlərini sivil prinsiplər üzərində qurmuşdu, lakin praktiki həyatda düşmənçilik, savaşlar və qanlı edamlar davam edirdi.   

Qlobal miqyasda isə XVII əsrin ortalarından Səfəvi, Rusiya, Osmanlı və Qərb imperialist dairələri arasında amansız hərbi toqquşmalar olmuşdur. XX əsrin ikinci onilliyində imperiyaların “dünyanı birləşdirmək” cəhdləri I Dünya müharibəsinə gətirib çıxardı. Ondan cəmi 20 il sonra imperiya xislətli dövlətlər yenidən “dünyanı bir araya gətirməyə” böyük müharibə yolu ilə baş vurdular. Sonrası məlumdur.

Belə alınır ki, bir tərəfdən, H.Kissincer haqlıdır, digər tərəfdən dünyanın hələlik davamlı, sülhyönümlü və bərabər inkişafa geniş imkanlar açan qloballaşma təcrübəsi yoxdur. Lakin bu o demək deyil ki, bəşəriyyət cəhdlər etməməlidir. 

Burada da fərqləndirmə aparmaq lazımdır. Dünya təcrübəsi göstərir ki, dünya dövlətlərini sivil və birləşdirici münasibətlər qurmağa yönəltməli olan beynəlxalq təşkilatlar və müxtəlif inteqrativ təşkilatlanmalar səmərə vermir. Bu barədə siyasi liderlər, o cümlədən Azərbaycan ­Prezidenti İlham Əliyev açıq danışmışdır. Məsələn, BMT öz funksiyasını lazımi səviyyədə yerinə yetirə bilmir. Böyük dövlətlərin dominant olduqları bir neçə regional və beynəlxalq təşkilatlar əməkdaşlıq yerinə yeni rəqabət meydanına çevrilirlər. Məsələn, ABŞ BRİKS-ə qarşı aqressivliyini gizlətmir. ŞƏT-də Hindistan öz xəbis geosiyasi maraqlarını üstün tutaraq, birləşdirici deyil, ayırıcı, bölücü mövqe nümayiş etdirir.  

Bütün bunların müxtəlif dairələrin amansız informasiya savaşları ilə müşayiət olunduğu sirr deyil. Hətta informasiya müharibəsinin yeni-yeni növlərini icad edirlər. Yeni növlər, məsələn, hipermüharibə daha güzəştsiz, insan həyatının ən incə tərəflərinə belə zərər verən imkanlara malikdirlər. Faktiki olaraq insan mövcudluğunun  fərd kimi heç bir “müqəddəs”, “toxunulmaz” aspekti qalmamışdır. Bu prosesin dayanmasını yox, heç səngiməsini belə elmi proqnozlaşdırmırlar.  

Beləliklə, bəşəriyyətin fraqmentləşmədən real inteqrasiyaya keçidinə ehtiyacı əvvəlki əsrlərdən daha çox var. Bəs bu prosesin həyata keçməsi yollarını necə müəyyən etmək olar? Ayrıca, həmin proses çərçivəsində eyni tarix, dil, din, mədəniyyətə sahib və etnik baxımdan eyni kökə malik xalqların qurduqları dövlətlər münasibətlərini necə qura bilərlər?

Türk dövlətlərinin özəllikləri

Türk xalqları son 300 ildə çox dramatik yol keçmişlər. Avrasiyanın əsas dövlətqurucu etnoslarından olan türklərə qarşı müxtəlif imperiyalar tərəfindən dövlətçiliyi məhvedici təsirlər olmuşdur. Nəticədə XX əsrin başlanğıcına Osmanlıdan başqa müstəqil türk dövləti qalmamışdı. ­XX ­əsrdə də türk dövlətçiliyi bir neçə faciəvi mərhələni keçmişlər. Artıq XX əsrin 90-cı illərinə dünyada belə bir təsəvvür yaradılmışdı ki, türklər dövlət qura bilməzlər, mədəniyyət cəhətdən çox geridə qalmışlar və hətta “vahid türk etnosu” deyilən termin qondarmadır. İş o yerə çatmışdı ki, Anadoluda yaşayan Azərbaycan türkünə “turok”, Azərbaycanda yaşayan və həmin insanların doğma qardaşları olan azərbaycanlılara “tyurok” deyirdilər. Qarsda yaşayan azərbaycanlı “turok” idi, onun Azərbaycanda yaşayan əmioğulusu “tyurok”du. 

Bu qondarma fərqləndirməni sovetlər dövründə daha da dərinləşdirmişdilər. Belə ki, Qərbi Azərbaycanda (indi ora “Ermənistan” deyirlər) yaşayan türkə “ermənistanlı” (sonralar təhqiramiz “yeraz” terminini işlətməyə başladılar), Borçalıda yaşayan türkə “gürcüstanlı” (sonra təhqiramiz “qraz” terminini işlətməyə başladılar), Bakıda yaşayana, hətta Azərbaycanın öz rayonlarından fərqlənən mənada “bakinets” deməyə başladılar. Təbii ki, bu cür fərqləndirilən insanlara da öz növbəsində başqa əyalətlərdən olan qardaşlarına öz ayamalarını qoyurdular.

Bu bölücülük bütövlükdə türk dünyasında daha ciddi parçalanmalara yol açırdı. Sovet dönəmində Mərkəzi Asiya türklərinin necə təhqiramiz adlandırıldıqlarını unutmamışıq. Türkiyənin isə ancaq mənfi obrazı yaradılırdı. Daha doğrusu, erməni daşnak Türkiyəni necə görmək istəyirdisə, “sovet xalqı”nın tərkib hissəsi kimi biz türklər də həmin “gözlə qardaş dövlətə baxırdıq”.

Bir sıra dəyərli oxucuya indi bu müqayisələr mənasız və yersiz gələ bilər. Ancaq müəyyən prizmadan baxanda düşmən həmin üsuldan informasiya, təbliğat və KİV sahələrində istifadə edir və təəssüf ki, nəticə əldə etməyə başlamışdır. Hazırda başqa termin və formalarda türk xalqlarını bir-birinə qarşı qoymaq, onların birini digərinin gözündən salmaq və bütövlükdə “siz fərqlisiniz” cəfəngiyyatını başlara yeritmək istiqamətində dəridən-qabıqdan çıxırlar. Çox təəssüf ki, onların sırasında türk cəmiyyətlərinin içində olan türklər və qeyri-türklər də var.

Məsələnin mahiyyətinə varmaq üçün ümumi “düşmən” adlandırılan dairələrin tam əhatəsini düzgün təsəvvür etməliyik. Onlar indi beyinlərə yeridilmiş erməni obrazı ilə məhdudlaşmır. Əslində hazırda ermənilər bu istiqamətdə ən passiv “düşmənlərdəndirlər”. 

Bundan başqa, dəqiq müəyyən edilmiş sərhəd yoxdur. Onlar ən uzaq yerdə də vardırlar, öz içimizdə tərəfdarlar da tapmışlar. İdeoloji və etnik faktorlardan istifadə edərək əsasən media vasitəsi ilə “su bulandırmağa” çalışırlar. 

Məsələnin bu tərəfinə keçmədən öncə bir mühüm ümumi siyasi, ideoloji və geosiyasi məqama toxunaq. 

Türk inteqrasiyasının ümumi mahiyyəti və mümkünlüyü

İndi geniş geosiyasi məkanda ən güclü dövlətlər belə Türk dünyasının birləşməsi prosesinə əngəl olmağa çalışırlar. Görəsən, səbəb nədir? Ümumiyyətlə, türk kimliyinə nifrətmi? Yoxsa, başqa emosional bir münasibət onları içlərindən yeyir? Hər iki variant ola bilər. Ancaq bizcə, daha dərində olan və müəyyən dairələrin anlamağa başladığı bir faktor daha önəmlidir. Türk dövlətlərinin və xalqlarının inteqrasiyası digər birləşmə modellərindən daha potensiallıdır. Bunu tarix yetişdirmiş, əsrlərdir gedən müxtəlif səviyyəli proseslər formalaşdırmışdır. Türklərin inteqrasiyasının kökündə fərqliliklərin vəhdəti qaydası dayanır. Bu aspektdə türk dövlətləri ilə müqayisə olunacaq yeganə inteqrasiya modeli ABŞ-dir. Ancaq türklər daha çox imkana malik təkamül nümunəsi üzrə inkişaf etmişlər. Bu prosesin müxtəlif aspektlərinə daha detallı baxaq. 

Türk hüququ

Türk xalqlarının qədimdən özünütəşkiletmələrinin maraqlı hüquqi cəhəti mövcud olmuşdur. Türklərdə tarixin bütün dönəmlərində özünüyaratma qanunu dövlətçilikdə də hüququn bünövrəsini təşkil etmişdir. Buna qədim türklər Yosun və ya Mamır Qanunu demişlər. Əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, türk insanının ailə qurmaqdan başlamış, sonrakı birgəyaşam formalarının hər birində törə qaydalarını önə çıxarmaq hüququ təbii sayılmışdır. Bu, türk qövmünə kökü üzərində çoxalmaq imkanı vermişdir. Yəni hökmdar və ya parlament hüququ öz təsirini göstərir, ancaq onların heç biri xalqın özünüyaratması hüququndan üstün deyildir. Buna görə də türk xalqlarında suverenlik, müstəqillik, azadlıq məsələləri dövlət suverenliyi, müstəqilliyi və azadlığının təməlində dayanır. Deməli, əsrləri əhatə edən maraqlı inteqrativ mənzərə alınır. 

Türk xalqının hansı geosiyasi, siyasi, coğrafi, ideoloji mühitə düşməsindən asılı olmayaraq, onun inkişafı digər türk xalqlarla eyni olan təkamül fələsəfinə, üsuluna əsaslanır. Türkün dilində müəyyən ikincidərəcəli dəyişiklik ola bilər. Sözün tələffüzündə yerli siyasi, coğrafi, mədəni və geosiyasi özəlliyə uyğun hansısa fərqlilik mümkündür. Lakin kökdə həmin türkün digərlərindən qətiyyən fərqi yoxdur. Dünyanın istənilən guşəsində türkün “doğum, yaşam, yeniləşmə ətri” eynidir. Həmin “ətrin” üç çaları vardır – törəyə bağlılıq, müasir dünyaya çevik adaptasiya və onu dəyişməklə liderliyə can atma. Liderliyə can atmanın stimullaşdırıcı faktoru isə türkün ilahi ədaləti və nizamı dünyaya yaymaq niyyəti ilə əlaqəlidir. 

Deməli, yaşamın və dövlət qurmanın üç mühüm təməl hüququnda türk xalqları əsrlərcə dəyişməmişlər, indi də dəyişmirlər. Türkiyəli, azərbaycanlı, qazaxıstanlı, özbəkistanlı, türkmənistanlı, qırğıstanlı və digər türk xalqlarının nümayəndələri vurğulanan dəyərlərin daşıyıcılarıdırlar. Onlar fərqli geosiyasi, mədəni, siyasi, ideoloji məkanda əsrlərlə mövcud ola bilərlər, lakin özünüyaratma və dövlətqurma fəlsəfəsi dəyişməz olaraq qalır. Türk xalqları sanki kökdən bir ağacın müxtəlif qolları kimi böyüyür və bəhrələrini ortaq kökə verirlər. Bu məqam dünyada unikaldır. İstənilən tarixi dönəmdə türk inteqrasiyasının təkanverici faktorudur.                 

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see276

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see259

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see251

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see248

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see236

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see235

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see233

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see228

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see217

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see216

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see214

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see207

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see199

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see189

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see184

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see181

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see180

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see176

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri