Icma.az
close
up
RU
Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb ŞƏRH

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin Bakıda keçirilən görüşü müasir dünyanın üzləşdiyi dini ixtilaflar, məzhəb qarşıdurmaları, islamofobiya və radikalizm kimi təhlükələrə qarşı birgə mövqenin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir Türk dünyasında dini-mənəvi həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və sülhün təşviqi istiqamətində mühüm platformadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə dini zəmində qarşıdurmalar və islamofobiyanın müxtəlif formalarda yayılması ciddi narahatlıq doğurur:”Bəzi dairələr islamofobiyanı məişət səviyyəsindən çıxararaq nəzəriyyəyə və ideoloji istiqamətə çevirməyə çalışır. Halbuki, səmavi dinlərin hamısı insanları həmrəyliyə, qarşılıqlı hörmətə və sülhə çağırır. Dinindən və irqindən asılı olmayaraq, bütün insanların bərabərliyi, nifrət və düşmənçilikdən uzaq durması bu dini-əxlaqi dəyərlərin əsasını təşkil edir. İslam dinində insan bərabərliyinə xüsusi əhəmiyyət verilir. Məhəmməd Peyğəmbərin dövründə ilk məsciddə azan verən şəxsin Bilal olması bu baxımdan mühüm nümunədir. Bu fakt insanların dərisinin rənginin, mənşəyinin və sosial statusunun onları bir-birindən üstün və ya aşağı etmədiyini göstərir. Əsas meyar insanın mənəvi keyfiyyətləri, əməlləri və Allaha bağlılığıdır”.

Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə özünəməxsus və müsbət təcrübə formalaşdırıb.”Prezident İlham Əliyevin multikultural dəyərlərə xüsusi diqqəti, multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olması ölkədə müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin möhkəmlənməsinə şərait yaradıb. Azərbaycanda mütəmadi olaraq keçirilən konfranslarda, simpoziumlarda və beynəlxalq tədbirlərdə müsəlmanlarla yanaşı, xristian, yəhudi və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Əsas məqsəd müxtəlif dini təsisatlar arasında real təmasların yaradılması, dialoqun genişləndirilməsi və ictimai fikrə təsir imkanına malik dini liderlərin ümumi problemlərin həlli istiqamətində bir araya gətirilməsidir. Azərbaycan bu platforma vasitəsilə ən mürəkkəb məsələlərin müzakirəsinə imkan yaradır, qarşılıqlı etimadın və tolerantlığın möhkəmləndirilməsinə töhfə verir. Türk xalqlarına tarixən tolerantlıq xas olub. İnsanlar və cəmiyyətlər arasında ünsiyyət zəiflədikdə, qarşılıqlı təmaslar məhdudlaşdıqda bundan yalnız radikal və destruktiv qüvvələr yararlanır. Belə qüvvələr toplumlar arasında inamsızlıq və nifrət yaratmağa, müxtəlif qrupları qarşı-qarşıya qoymağa çalışırlar. Buna görə də dini liderlərin və ictimai fikir nümayəndələrinin birgə fəaliyyəti, dialoq və konsensus axtarışı xüsusi əhəmiyyət daşıyır”, - deyə o diqqətə çatdırıb.

Siyasi şərhçi bildirib ki, Azərbaycanda müxtəlif məzhəblərə mənsub müsəlmanların birgə ibadət etməsi ölkənin tolerantlıq modelinin mühüm göstəricilərindəndir:“Şiə və sünni ənənələrinə mənsub insanların, müxtəlif dini baxışları olan şəxslərin birlikdə namaz qılması dini fərqlərin qarşıdurma səbəbinə çevrilməməli olduğunu nümayiş etdirir. Eyni yanaşma digər konfessiyalara münasibətdə də özünü göstərir. Əsas məsələ dini fərqlərdən daha çox insanları birləşdirən mənəvi dəyərlərin önə çəkilməsidir. Azərbaycanın müstəqilliyinin ilk illərində milli və dini müxtəliflikdən siyasi məqsədlərlə istifadə etməyə cəhdlər göstərilmişdi. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu yanaşmaya son qoyuldu və milli-dini müxtəlifliyin qarşıdurma mənbəyi deyil, Azərbaycanın böyük sərvəti olduğu dövlət siyasətinin əsas prinsiplərindən birinə çevrildi. 44 günlük Vətən müharibəsində Azərbaycan cəmiyyətinin bütün təbəqələri kimi, müxtəlif din və məzhəblərə mənsub insanlar da birlik nümayiş etdirdilər. Onların arasında şəhid olanlar, Azərbaycanın Milli Qəhrəmanı adına və digər yüksək dövlət təltiflərinə layiq görülənlər var. Bu, Azərbaycanda hər kəsə bərabər münasibətin yalnız sözlə deyil, əməli şəkildə də təsdiq olunduğunu göstərir”.

Tofiq Abbasov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dini təsisatlarının Bakıda bir araya gəlməsi yalnız dini tədbir deyil, həm də mühüm ictimai-siyasi və mənəvi hadisədir.”Türk dövlətlərinin ərazilərində bəzən radikal qüvvələrin sabit prosesləri pozmağa çalışdığı nəzərə alınarsa, bu cür görüşlər qarşılıqlı anlaşmanın və ortaq mövqenin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bakı görüşü türk dövlətlərinin dini rəhbərlərinin təhdidlərin qarşısının alınması, münaqişələrin sülh yolu ilə həlli, dini ayrı-seçkilik və nifrətin qarşısının alınması istiqamətində həmrəyliyini nümayiş etdirir. Görüşün yekununda qəbul olunan Bakı Bəyannaməsi də bu baxımdan mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır. Sənəd Türk dünyasında dini dialoqun, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən ortaq yanaşmanı ifadə edir”, - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri