Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və Azərbaycanın qlobal əhəmiyyətli proseslərdə artan rolunun növbəti təsdiqidir.
Bu dəvət, ilk növbədə, Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən və regional, eləcə də qlobal məsələlərin həllinə mühüm töhfələr verən dövlət kimi qəbul olunduğunu nümayiş etdirir. Dünyanın aparıcı iqtisadiyyatlarının və siyasi güc mərkəzlərinin bir araya gəldiyi G20 platformasına dəvət olunmaq ölkəmizin beynəlxalq nüfuzuna verilən yüksək qiymətdir.
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanıb. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika, regional əməkdaşlıq, iqlim dəyişiklikləri və qlobal iqtisadi məsələlərdə mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkəmizin qlobal çağırışlara verdiyi töhfələrin və beynəlxalq etimadın bariz nümunəsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regionda yeni reallıqlar yaradan və beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət əsasında münasibətlər quran güclü dövlətə çevrilib.
ABŞ Prezidenti Donald Trampın bu dəvəti Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin G20 sammitində iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq platformada bir daha ifadə olunmasına, ölkəmizin strateji maraqlarının təşviqinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verəcək.
Fatma Yıldırım,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus siyasi mövqeyə malik ölkədir
03 Sentyabr 2026 17:22
Azərbaycan beynəlxalq münasibətlər sistemində böyük etimad qazanıb ŞƏRH
28 Yanvar 2026 13:09
Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir
18 Oktyabr 2025 15:05
Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb ŞƏRH
17 Sentyabr 2026 19:11
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08 Noyabr 2026 08:50
Baxış sayı:75
Bu xəbər 04 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















