Icma.az
close
up
RU
Azərbaycan tranzit marşrutlarında riskləri necə diversifikasiya edə bilər?

Azərbaycan tranzit marşrutlarında riskləri necə diversifikasiya edə bilər?

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Zəngəzur dəhlizi nəqliyyat marşrutlarının şaxələndirilməsinin mühüm tərkib hissəsidir. Azərbaycan üzərindən keçən tranzit yollar mövcuddur və rəsmi Bakı bu marşrutların həm strateji əhəmiyyətini, həm də yarada biləcəyi riskləri aydın şəkildə dərk edir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, əsas sual mümkün risklər yarandığı halda alternativlərin olub-olmamasıdır.

Onun sözlərinə görə, bu alternativlər mövcuddur və Zəngəzur dəhlizi məhz buna görə prioritetdir. Ekspert bildirib ki, hər hansı risk yaranarsa, Azərbaycan həm sərnişin, həm də yük daşımalarının təhlükəsiz və fasiləsiz həyata keçirilməsi üçün Zəngəzur dəhlizini təklif edir.

“Əgər Zəngəzur istiqamətində də müəyyən risklər meydana çıxarsa, daşımaların Gürcüstan üzərindən yenidən şaxələndirilməsi mümkündür. Ümumilikdə isə Cənubi Qafqaz coğrafi baxımdan kiçik region olsa da, inkişaf etmiş və şaxələnmiş nəqliyyat infrastrukturu sayəsində onun əhəmiyyəti xeyli artır və region qitələrarası bağlantıda mühüm rol oynayır. Bu marşrutlar bir-birini tamamlayır. Həm Gürcüstan istiqamətindən Zəngəzura gedən, həm də Zəngəzurdan Bakı–Tbilisi–Qars və Gürcüstan istiqamətinə uzanan yollar vahid nəqliyyat karkası formalaşdırır”, - deyə ekspert vurğulayıb.

Rauf Ağamirzəyevin sözlərinə görə, indiyədək baş vermiş müharibələr bəzi nəqliyyat istiqamətlərinin bağlanmasına səbəb olmuşdu: “Lakin Azərbaycanın 2020-ci ildən sonra atdığı addımlar bu yolların yenidən açılması üçün ciddi zəmin yaradıb. Ölkə son beş ildə bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər həyata keçirir və layihələrin böyük hissəsinin gələn il tamamlanması nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan ərazisində də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlərə yaxın vaxtlarda start verilib. Bu marşrutlar bir-birini tamamlayır. Həm Gürcüstan istiqamətindən Zəngəzura gedən, həm də Zəngəzurdan Bakı–Tbilisi–Qars və Gürcüstan istiqamətinə uzanan yollar vahid nəqliyyat karkası formalaşdırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri