Azərbaycan kriptoaktivlər üzrə beynəlxalq hesabatlılıq çərçivəsinə qoşulur
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Azərbaycan hökuməti kriptoaktivlərlə aparılan əməliyyatlar barədə məlumat mübadiləsinə qoşulmaq, vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə (Crypto-Asset Reporting Framework - CARF) qoşulmaq üçün müvafiq prosedurlara başlayıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda bu sahədə beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir.
CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
Xatırladaq ki, Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda bu sahədə beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir.
CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
Xatırladaq ki, Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq.

Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir
14 Noyabr 2024 13:00
Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir Muxtar Babayev
13 Noyabr 2024 13:38
Mərkəzi Bankın tənzimləyici çərçivəsinə dəyişikliklər edilib
01 Avqust 2025 13:57
Azərbaycan və Dünya Bankı Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair əməkdaşlığı müzakirə edib FOTO
03 Aprel 2025 17:58
Azərbaycan “İbrahim Sazişləri”nə qoşulur?
25 Mart 2025 17:31

