Icma.az
close
up
RU
“Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı gücləndirir” DEPUTAT

“Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı gücləndirir” DEPUTAT

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə əlaqələrə yarandığı gündən önəm verib və bunu xarici siyasətinin prioriteti hesab edir. Tərəflər qarşılıqlı etimadı gücləndirir, regionda sülhü və birgə xarici siyasət yanaşmasını təşviq edir, terrorizm və transmilli cinayətkarlığa qarşı mübarizə aparır.

Ticarət, investisiya, elm, təhsil və sosial sahələrdə əməkdaşlıq artırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin nüfuzunu yüksəltmək və yeni nailiyyətlər əldə etmək üçün təşəbbüslər irəli sürür. Dillərin, mədəniyyətlərin və adət-ənənələrin oxşarlığı təşkilatın daha da güclənməsinə zəmin yaradır.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzunu belə şərh edib:

“Türk Dövlətləri Təşkilatının əksər üzvləri ilə Azərbaycanın strateji müttəfiqlik münasibətləri qurulub. Başda qardaş Türkiyə olmaqla, bu gün Özbəkistan, Qazaxıstan və Qırğızıstanla əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.

Hazırda bu geniş coğrafiya yeni vahid iqtisadi və kommunikasiya birliyinə çevrilməkdədir. Bu isə ortaq maraqların reallaşdırılması üçün yeni imkanlar yaradır. Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm də təşkilat daxilində əməkdaşlığa beynəlxalq platformalarda sadiqlik nümayiş etdirir, üzv dövlətlərin milli maraqları ilə bağlı məsələlərdə vahid mövqedən çıxış edir. Bununla yanaşı, təşkilatın qlobal miqyasda daha önəmli status qazanması üçün də ciddi səy göstərir”

Deputat vurğulayıb ki, indiki mərhələdə istər iqtisadi nailiyyətlərin, istərsə də siyasi əməkdaşlığın davamlı olması üçün ilk növbədə təhlükəsizlik təminatı məsələsi ortaya çıxır.

“Azərbaycan digər üzv dövlətlərlə birlikdə yaradılan kommunikasiya xətləri, tranzit imkanları, iqtisadiyyat, siyasi və mədəni münasibətlərin təhlükəsizliyinin təmin olunması istiqamətində əməkdaşlığı dərinləşdirir. Bu prosesdə Azərbaycanın fəaliyyəti və ən müasir metodlarla müharibə aparmaq qabiliyyəti yeni rol-model formalaşdırır”-deyə o əlavə edib.

Hikmət Babaoğlunun fikrincə, bu böyük coğrafiyanın dünya siyasətində oynadığı rolun bərpası istiqamətində mühüm addımlar atılır və bu, təşkilatın gələcəkdə qlobal müstəvidə layiqli yerini təmin edəcəyini vəd edir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri