Icma.az
close
up
RU
Deputat: Azərbaycan və ABŞ strateji əməkdaşlığı genişləndirirlər

Deputat: Azərbaycan və ABŞ strateji əməkdaşlığı genişləndirirlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayır. Bu ölkənin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına zəmin yaranıb. Bu Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir. Prezidentin də söylədiyi kimi, “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı dəhlizdir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqlədilər: “Təsadüfi deyil ki, Cey. Di. Vens sülh sazişinin paraflanmasına görə Prezident Əliyevə xüsusi təşəkkür etdi. Tərəflər, həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayırlar. Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlətimizin başçısı bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə, eyni zamanda, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb”.

Deputat qeyd edib ki, kibertəhlükəsizlik və süni intellekt sahəsində birgə tədqiqat və inkişaf dəstək alətləri, innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Vaşinqtonda Strateji Tərəfdaşlıq Xartiyası ABŞ–Azərbaycan münasibətlərinin dayanıqlılığına xidmət edən sənəd kimi qiymətləndirilir. “Cey. Di. Vens də öz növbəsində bildirdi ki, bu, xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək. ABŞ, eyni zamanda, Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə mübarizədə yaxından iştirak etmək, xüsusilə maliyyə dəstəyi və müasir texnologiyaların ötürülməsi vasitəsilə ölkəmizdə humanitar minatəmizləmə sahəsində potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək niyyətindədir. Görüş zamanı Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi mühüm töhfələr də yüksək dəyərləndirilib. Bununla yanaşı, müdafiə və təhlükəsizlik, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin prioritet istiqaməti kimi müəyyən edilib”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri