Icma.az
close
up
RU
Azərbaycan Türk Dövlətləri Təşkilatında həlledici gücə çevrilib

Azərbaycan Türk Dövlətləri Təşkilatında həlledici gücə çevrilib

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mətləb Salahov: “Reallıq odur ki, hazırda təşkilatın yaşaması və üzv ölkələr arasında çevik əməkdaşlığın qurulmasında rəsmi Bakı lokomotiv mövqeyə sahibdir”

“Qəbələdə işə başlayacaq Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü ilk növbədə Azərbaycanın artıq bu təşkilatın lokomotiv qüvvə funksiyası daşıdığına bariz nümunədir. Çünki davamlı olaraq bu təşkilatla bağlı mühüm görüşlərin və həlledici qərarların məhz Azərbaycanın ev sahibi olduğu toplantılarda baş tutmasını, eyni zamanda rəsmi Bakının təşəbbüsü ilə qəbul edilən qərarları da nəzərə alsaq, o zaman TDT üçün hərəkətverici qüvvə olaraq Azərbaycanı göstərmək tam haqlı mövqe sayılmalıdır.
Xüsusilə son bir ildə təşkilata üzv olan bəzi Orta Asiya ölkələrinin Avropa İttifaqı ilə 12 milyard dollarlıq saziş müqabilində Şimali Kipr və Türkiyə ilə bağlı qərarlarından sonra yaranmış soyuqluq, məhz Azərbaycanın çevik və işgüzar addımları sayəsində aradan qaldırılmış oldu. Bu, sadəcə təkzibedilməz faktdır.”
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici qüvvələr əvvəllər olduğu kimi, tək bir dövlətlə deyil, artıq bir dövlətlər ittifaqı ilə hesablaşmaq zərurəti ilə qarşılaşıblar.
“Bu faktın özü TDT-nin ciddi qüvvə kimi formalaşmağa başladığını göstərir. Amma əsas məsələ bəzi fərqliliklərə baxmayaraq, türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndirilməsinə nail olmaqdır. Bu, olduqca aktual məsələdir. Çünki bəzi xarici qüvvələr Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq üçün fəaliyyətə keçiblər. Təşkilatın güclənməsi və təhlükəsizliyi üçün daxili birliyi qorumaq və üzv ölkələr arasında iqtisadi bağları sıxlaşdırmaq ən vacib işdir. Bu işi uğurla sonlandırmaq mümkün olacaqmı? - onu da zaman göstərəcək..”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri