Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik rolu

Türk Dövlətləri Təşkilatında Azərbaycanın liderlik rolu

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün keçirilməsi ilə birliyin inkişafı istiqamətində növbəti önəmli addım atıldı.

Artıq türk birliyi yalnız etnik, tarixi və mədəni baxımdan deyil, iqtisadi, geosiyasi və strateji sahələri əhatə edən yeni regional amil kimi özünü təsdiq edir. 

Təbii ki, Türk Dövlətləri Təşkilatının dayanıqlı olması və mühüm əməkdaşlıq platformasına çevrilməsi onun möhkəm milli, mənəvi və siyasi təməllər üzərində qurulması ilə bağlıdır. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün məhz bu qurumun yaranmasının 15-ci ildönümünə təsadüf etməsi həmin tarixi sazişin əhəmiyyətinə bir daha nəzər salmağı zəruri edir. 

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları tərəfindən imzalanmış müqavilə ilə qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması həmin günlərdə bəlkə də bəziləri üçün real görünməyə bilərdi. Lakin TDT getdikcə sıraları genişlənməkdə olan və böyük bir siyasi coğrafiyanı əhatə edən birliyə çevrilməkdədir. 

Mərkəzi Avropadan Çin sərhədinə qədər böyük bir siyasi və iqtisadi məkanı birləşdirən türk dövlətlərinin sıx inteqrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü ilə imzalanmış Naxçıvan sazişinin böyük gələcəyə hesablanmış bir sənəd olduğunu bir daha əyani sübut edir. 

Məhz bunun nəticəsidir ki, 2019-cu il aprelin 14-dən Özbəkistan Türk Şurasına üzvlüyə qəbul olundu. Bundan başqa, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatının fəaliyyətində müşahidəçi statusu ilə iştirak edir. Türk Şurası üzv dövlətlərin rəhbərlərinin 2021-ci il noyabrın 12-də Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən sammitində qəbul olunmuş qərara əsasən Türk Dövlətləri Təşkilatı adlandırılıb. “Vahid millət, vahid bayraq” strategiyasına əsaslanan Türk Dövlətləri Təşkilatının inkişaf edən quruma çevrilməsi onun tarixi zərurətdən irəli gəlməsi ilə izah oluna bilər. 

Əgər ilk vaxtlar təşkilatın sıralarına 4 dövlət daxil idisə, artıq 5 əsas və 3 müşahidəçi olmaqla üzvlərin sayı 8-ə çatır. Yaxın gələcəkdə həqiqi üzv statusu alan ölkələrinin sayının artacağı gözlənilir. Türk dövlətlərinin inteqrasiyasında və vahid əməkdaşlıq platformasına qoşulmasında Azərbaycan aparıcı rol oynayır. 

Bu da ilk növbədə, Azərbaycanın türk dünyasında nüfuzunun artması ilə bağlıdır. Eyni zamanda, Azərbaycan coğrafi mövqeyinə görə türk dövlətləri arasında birləşdirici körpü rolunu oynayır. Türkiyə, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər türk xalqları ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında əlaqə vasitəsidir. Son illər regional proseslərdə iştirakı artan Azərbaycan türk dövlətləri və xalqlarının siyasi, iqtisadi, mədəni, milli-mənəvi və digər sahələrdə yaxınlaşması üçün birləşdirici mövqe tutur. 

Bu baxımdan, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində suverenliyinin tam bərpası türk dövlətləri ilə yaxınlaşma istiqamətində yeni mərhələnin əsasını qoydu. 

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın yenidən qurulmasında mühüm addım oldu. 2024-cü il iyul ayında Türk Dövlətləri Təşkilatının zirvə görüşünün Şuşa şəhərində keçirilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi növbəti dəfə təmin etdi. Eyni zamanda, dövlət başçılarının sammitin sonunda imzaladıqları Qarabağ Bəyannaməsi təşkilata daxil olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. 

Türk Dövlətləri Təşkilatının 12-cı zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə Bişkek sammitinin qərarı bu baxımdan da diqqəti cəlb edir. Yəni, türk dövlətləri Azərbaycanın bununla birliyin inkişafında və tərəqqisində liderlik rolunu növbəti dəfə təsdiqləmiş oldu. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri