Icma.az
close
up
RU
“Azərbaycan Türkiyə əlaqələrində tarixi bir gün yaşandı HULUSİ KILIÇ DANIŞDI

“Azərbaycan Türkiyə əlaqələrində tarixi bir gün yaşandı HULUSİ KILIÇ DANIŞDI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Dünən Azərbaycan-Türkiyə əlaqələrində tarixi bir gün yaşandı. Türkiyə-Azərbaycan tarixinə yeni bir səhifə əlavə olundu. Cənab Prezidentin Türkiyəyə etdiyi səfər iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verdi. İki Prezident arasındakı dostluq dünyanın diqqətini çəkməkdədir. Dünən bütün dünyanın gözü Ankarada idi. Həmçinin Ankarada verilən mesajlara diqqət çəkirdilər”. Bu sözləri Türkiyənin Azərbaycan arasındakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, dünən İğdır-Naxçıvan arasında qaz kəmərinin açılışı edildi: “Bu İğdır tərəfdən çox-çox vacib bir məsələdir. İğdırın 30 il qazla enerji təhlükəsizliyini təmin etmiş olacaq. Bu da təbii ki, enerji sahəsində yeni bir səhifənin açıldığını görürük. Türkiyə-Azərbaycan arasında dördüncü enerji layihəsi oldu. Bunlar “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri, “Trans Anadolu (TANAP)” qaz boru kəməridir".

Səfirin sözlərinə görə, bu enerji layihələri ilə yanaşı, “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsinin həyata keçdiyini görürük: “Yəni cənab Prezidentin dediyi kimi, Avrasiyadakı enerji xəritəsində nəqliyyat tərzi dəyişmişdir. Bunlar da iki qardaş ölkə arasındakı əlaqələrdən irəli gəlir. Əslində dünənki açılış və verilən mesajlar bütün türk dünyasını əlaqələndirməkdədir. Bir Türk Dövlətləri Təşkilatı gedərək böyüməkdədir. Bu təşkilatın bu günlərə gəlməsində iki Prezidentin çox önəmli rolu vardır. Bundan sonra da həmin təşkilat inkişaf etməkdədir. Azərbaycanın enerji təhlükəsizliyi ilə əlaqədar gerçəkləşdirdiyi layihələr “TANAP” üzərindən 11 ölkəni enerji ilə təmin etməkdir. Bunlardan 10-u Avropa Birliyi ölkəsidir. Nəticə olaraq dünən yaşanan tarixi gün həm Azərbaycan xalqını, həm də Türk xalqını və millətini məmnun etmişdir. Ümidimiz bu layihələrin artması istiqamətindədir. Naxçıvanda yaşayan bacı və qardaşlarımıza bu təbii qazın xeyirli olmasını diləyirəm. Həmçinin iki Prezidentimizə də verdiyi mesajlardan ötrü təşəkkür edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri