Icma.az
close
up
RU
Qarabağ müharibəsi Azərbaycan Ordusunun hərbi potensialını nümayiş etdirib HULUSİ KILIÇ DANIŞDI

Qarabağ müharibəsi Azərbaycan Ordusunun hərbi potensialını nümayiş etdirib HULUSİ KILIÇ DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Qarabağ Zəfəri, Azərbaycanın güclü liderlik sisteminə, peşəkar və mütəşəkkil ordusuna, eləcə də xalqın həm orduya, həm də siyasi rəhbərliyə olan dəstəyinə dair mühüm bir göstərici olmuşdur. 44 gün davam edən Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatı Azərbaycanın hərbi və siyasi gücünü beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu hərbi uğur, eyni zamanda, müasir dövrdə dövlətlərin suverenliyi və ərazi bütövlüyü uğrunda apardıqları mübarizənin nümunəsi kimi dünya tarixi kontekstində tədqiq olunmalı və öyrənilməlidir: “Qarşı tərəf — Ermənistan, münaqişə bölgəsində genişmiqyaslı müdafiə mövqeləri qurmuş, xəndəklər və mühəndis qurğular vasitəsilə uzunmüddətli müharibəyə hazırlaşmışdı. Buna baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində apardığı uğurlu hərbi əməliyyatlarla ölkənin işğal altında olan torpaqlarını azad etmişdir.

Azərbaycan, hərbi əməliyyatlar nəticəsində Laçın, Kəlbəcər və Ağdam kimi strateji əhəmiyyətə malik rayonları heç bir atəş açmadan diplomatik və siyasi vasitələrlə geri qaytarmağa nail olmuşdur. Bu, qarşı tərəfin — Ermənistanın və onun dolayısı ilə təsir dairəsində olan qüvvələrin geri çəkilməsi və faktiki olaraq təslim olması ilə nəticələnmişdir”.

Hulusi Kılıç qeyd edib ki, Qarabağ müharibəsi, ilk növbədə, Azərbaycan Ordusunun hərbi potensialını və effektiv idarəetmə sistemini nümayiş etdirmişdir. Müharibədən sonra Azərbaycan, ordu quruculuğu sahəsində Türkiyə modelindən faydalanaraq, xüsusi təyinatlı komando birliklərinin təşkili və yerləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır: “Hazırda Azərbaycan Ordusu struktur baxımından Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan modernləşmə prosesini davam etdirməkdədir və bu istiqamətdə ardıcıl gücləndirmə tədbirləri həyata keçirilir.

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi tarixində yalnız zəfər deyil, eyni zamanda dəyərli bir təcrübə məktəbi kimi də qiymətləndirilir. Bu müharibə genişmiqyaslı bir hərbi əməliyyat olmaqla yanaşı, eyni zamanda real döyüş şəraitində əldə olunan strateji, taktiki və texnoloji bacarıqların formalaşmasına şərait yaratmışdır.

O bildirib ki, Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim ehtiramla yad edilməli, onların fədakarlığı müasir Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmalıdır. Azərbaycan, 44 günlük Vətən müharibəsi ilə əslində canlı hərbi təlim səviyyəsində strateji, operativ və taktiki bacarıqlarını təkmilləşdirmiş, ordusunun döyüş qabiliyyətini real şəraitdə nümayiş etdirmişdir. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də hərbi sistemin funksionallığı və effektiv idarəetmə qabiliyyəti baxımından ciddi nəticələr doğurmuşdur.

Eyni zamanda, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, lakin 30 ilə yaxın müddətdə icra olunmamış dörd qətnamənin tələblərini öz gücü ilə yerinə yetirmişdir. Bu qərarların icrasının beynəlxalq hüququn tələb etdiyi halda, uzun illər ərzində həyata keçirilməməsi beynəlxalq təşkilatların effektivliyinə dair ciddi suallar doğurmuşdur.

ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən həmsədrlərin (Fransa, ABŞ, Rusiya) 28 il ərzində münaqişənin həlli istiqamətində konkret nəticə əldə edə bilməməsi, bu mexanizmin praktikada iflasa uğradığını göstərmişdir. Azərbaycan ictimaiyyətində formalaşmış ümumi qənaətə görə, bu ölkələrdə güclü fəaliyyət göstərən erməni diasporu vasitəsilə həmsədrlik institutunun neytrallığı şübhə altına alınmışdır. Nəticə etibarilə, Azərbaycan, münaqişənin həllində nəinki beynəlxalq vasitəçilərin uğursuzluğunu aşmış, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü təmin etmişdir”.

Sabiq səfir bunu da vurğulayıb ki, Azərbaycan bölgədə yüksələn bir güc kimi ön plana çıxmaqdadır və regional miqyasda ciddi diqqət mərkəzinə çevrilmişdir. 30 il ərzində ölkənin səbirli mövqe sərgiləməsi, paralel olaraq iqtisadi potensialının gücləndirilməsi ilə nəticələnmişdir. Bu isə bir daha sübut edir ki, güclü iqtisadiyyat güclü ordunun əsas təminatçısıdır. Azərbaycanın sabit və ardıcıl inkişaf edən iqtisadi modeli onun hərbi potensialının da formalaşmasında həlledici rol oynamışdır. Eyni zamanda, ölkə güclü liderlik institutu ilə seçilir. Prezident İlham Əliyevin uzaqgörən və strateji qərarları, zamanın düzgün təyini və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını azad etmişdir. Bu, müasir dövrdə beynəlxalq hüquqa və milli gücə əsaslanan böyük bir uğur kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidentinin beynəlxalq platformalarda, ikitərəfli görüşlərdə və rəsmi çıxışlarında sərgilədiyi prinsipial və qətiyyətli mövqe, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Bu çıxışlar Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında daha geniş tanıdılmasına və dəstəklənməsinə töhfə verir. Eyni zamanda, Azərbaycanın yanında olan strateji tərəfdaş ölkələr – Türkiyə, Pakistan və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələri mühüm əhəmiyyət kəsb edir. Bu ittifaq bölgədə yeni geosiyasi güc balansının formalaşmasına təkan vermişdir.

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan yalnız hərbi gücünü deyil, həm də xalqın orduya və siyasi rəhbərliyə olan dəstəyini, milli həmrəyliyini və vətənpərvərlik ruhunu nümayiş etdirmişdir”- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri