Icma.az
close
up
RU
Azərbaycan Türkiyə münasibətləri nümünəvi müttəfiqlik modelidir

Azərbaycan Türkiyə münasibətləri nümünəvi müttəfiqlik modelidir

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşan və ötən 80 il ərzində oturuşmuş geosiyasi münasibətlər sistemi dəyişmək üzrədir. Bir vaxtlar monolitliyi şübhə doğurmayan Qərb blokunda artıq maraqlar toqquşması açıq şəkildə önə çıxır və sözsüz ki, bu, prioritetlər seçiminə də təsir edir. Faktiki yeni dünya düzəni formalaşır və bu səbəbdən, istisnasız bütün ölkələr yeni qayda və çağırışlara adekvat cavabın axtarışındadır. Belə şəraitdə hətta ən inkişaf etmiş dövlətlər belə, özlərinin suveren təhlükəsizliyi ilə bağlı məsələyə münasibətdə fərqli yanaşma və siyasi konfiqurasiyalar üzərində düşünməyə məcbur olur. Dünya düzəninin yeni formatı regional təhlükəsizlik və qarşılıqlı öhdəliklərlə bağlı məsələni daha qabarıq şəkildə üzə çıxarır. Bir sözlə, yeni çağırışlar ənənəvi müttəfiqlik modellərini də ciddi sınaqlarla qarşı-qarşıya qoyur.

Şübhəsiz ki, bu proses yerləşdiyimiz çoğrafiyaya da təsirsiz ötüşmür. Bu səbəbdən ölkəmizin siyasi, iqtisadi və hərbi təhlükəsizliyi Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzindədir. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi qətiyyəti sayəsində imzalanmış tarixi Şuşa Bəyannaməsi xüsusilə indiki şəraitdə qarşılıqlı etimada və təbii birliyə söykənən müttəfiqlik münasibətlərinin bənzərsiz nümunəsini ortaya qoyur. İki qardaş ölkənin Liderləri hər fürsətdə dünyaya göstərirlər ki, bu müttəfiqlik ortaq tarixi köklər üzərində qurulduğu üçün başqalarından fərqlənir və gücünü, ilk növbədə, milli-mənəvi dəyərlərimizdən alır. Azərbaycan-Türkiyə münasibətlərini digər müttəfiqlik konfiqurasiyalarından əhəmiyyətli dərəcədə fərqləndirən odur ki, onun təməli sağlamdır və maraqları da ortaq dəyərlər formalaşdırır. Türk Dövlətləri Təşkilatının (TDT) təməlində də məhz bu dəyərlər sistemi dayanır. 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan müqaviləsi ilə əsası qoyulan Türk Şurasının bu gün TDT kimi nüfuzlu beynəlxalq təsisata çevrilməsi türkdilli xalqların tarixi bağlarından doğan təbii birlik modelidir. Prezident İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı verdiyi bu mesaj TDT-nin bir təşkilat kimi yalnız səmimiyyətə və qarşılıqlı etimada söykəndiyini bütün dünyaya nümayiş etdirdi:

”Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Prezident İlham Əliyevin martın 5-də Türkiyəyə növbəti işgüzar səfəri həm müttəfiqlik münasibətlərimizin daha da dərinləşməsi, həm də yeni dünya düzəninin doğurduğu çağırışlara cavab nöqteyi-nəzərindən xüsusu siyasi çəkiyə malikdir. Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı ölkələrimizin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməklə yanaşı, bütövlükdə Türk dünyasının ortaq maraqlarına xidmət baxımından olduqca əhəmiyyətlidir. Cəmi ilyarım ərzində reallığa çevrilən bu layihə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi qlobal layihələrin davamı olaraq, nəinki ölkələrimizin enerji təhlükəsizliyinə əlavə təminat verir, cənab Prezidentin qeyd etdiyi kimi, bu layihələr həm də Avrasiyanın enerji xəritəsini köklü şəkildə dəyişdirir. Prezident İlham Əliyevin Ankarada səsləndirdiyi növbəti fikir isə Türk dünyasının böyük gələcəyinə bəslənilən inamın sağlam təməllərə söykəndiyini dünyaya bir daha nümayiş etdirir: “Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.

Heç şübhəsiz ki, İğdır-Naxçıvan qaz kəməri ölkəmizin, xüsusilə uzun onilliklər ərzində blokadadan əziyyət çəkən Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsində mühüm rol oynayır. Bu layihə Naxçıvanı hələ də blokadada saxlamağa çalışan dairələrə, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınan Ermənistan hökumətinə ciddi mesajdır. Azərbaycan-Türkiyə müttəfiqliyinin təbii bəhrələrindən biri olan İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi həm Ermənistana, həm də onun açıq-gizli havadarlarına bu xəbərdarlıq anlamına gəlir ki, Naxçıvan blokadadan mütləq çıxarılacaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin ediləcək. Ermənistan ya bu reallığı düzgün qiymətləndirərək Zəngəzur dəhlizini və digər kommunikasiyaları açmalı olacaq, ya da özü-özünü qlobal layihələrdən bundan sonra da təcrid edəcək. Ümid edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində səsləndirdiyi bu fikir Türkiyə-Azərbaycan müttəfiqliyindən, Türk dünyasının birliyindən və Türk Dövlətləri Təşkilatının artmaqda olan nüfuzundan narahat olan məlum dairələr tərəfindən düzgün anlaşılacaq və qarşılıqlı şəkildə faydalı olan əməkdaşlığa səmimi çağırış kimi qiymətləndiriləcək: ”Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri