Icma.az
close
up
RU
Azərbaycan Türkiyə əbədi müttəfiqlik

Azərbaycan Türkiyə əbədi müttəfiqlik

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında siyasi münasibətlərin daha da möhkəmlənməsini təmin etməklə yanaşı, iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına da mühüm təkan verdi. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərini əhatə edən strateji yol xəritəsi kimi çıxış edərək regional inteqrasiya, investisiya əməkdaşlığı və nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər açdı.

Şuşa Bəyannaməsinin ən mühüm cəhətlərindən biri əməkdaşlığın yalnız siyasi sahə ilə məhdudlaşmamasıdır. Sənəddə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, investisiya qoyuluşları və digər strateji istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu isə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin konkret iqtisadi nəticələrə çevrilməsinə xidmət edir.

44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsində də öz əksini tapdı. Həmin reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizinin açılması perspektividir. Bu layihə təkcə Azərbaycan ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat arteriyasının formalaşdırılması deməkdir. Dəhlizin fəaliyyəti regional ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və iqtisadi əlaqələrin genişlənməsinə ciddi töhfə verəcək. Bu kontekstdə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının nəqliyyat imkanlarını artırmaqla yanaşı, onu beynəlxalq logistika şəbəkəsinin mühüm hissəsinə çevirəcək. Eyni zamanda, bu xəttin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası regionun tranzit potensialını daha da gücləndirəcək. Beləliklə, Azərbaycan və Türkiyə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçıları kimi mövqelərini daha da möhkəmləndirəcəklər.

Şuşa Bəyannaməsi qarşılıqlı investisiyaların təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəddə əksini tapan müddəalar iki ölkə arasında sərmayə qoyuluşlarının genişləndirilməsini, yeni iqtisadi layihələrin həyata keçirilməsini və biznes mühitinin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Qarşılıqlı investisiyalar sənaye, energetika, kənd təsərrüfatı, logistika və digər sahələrdə yeni imkanlar yaradır, iqtisadiyyatların şaxələndirilməsini sürətləndirir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində Türkiyə şirkətlərinin fəal iştirakı da Şuşa Bəyannaməsinin praktiki nəticələrindən biridir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Azərbaycan-Türkiyə əməkdaşlığının real təzahürü kimi çıxış edir. Bu proses yalnız infrastrukturun yenilənməsi deyil, həm də regionun investisiya və turizm potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa şəhəri və ətraf ərazilərin turizm imkanlarının inkişafı da Bəyannamənin yaratdığı yeni iqtisadi perspektivlər sırasındadır. Azad edilmiş torpaqlarda həyata keçirilən layihələr yerli və xarici investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və regionun iqtisadi canlanmasına şərait yaradır.

Bəyannamənin mühüm istiqamətlərindən biri də diaspor və informasiya əməkdaşlığının gücləndirilməsidir. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, media və kommunikasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi beynəlxalq müstəvidə hər iki ölkənin mövqelərinin daha səmərəli müdafiəsinə imkan yaradır. Bu əməkdaşlıq iqtisadi əlaqələrin təşviqinə və yeni tərəfdaşlıqların qurulmasına da əlavə dəstək verir.

Bütün bunlar göstərir ki, Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında müttəfiqlik sənədi deyil, həm də regional inkişaf, iqtisadi inteqrasiya və yeni nəqliyyat-kommunikasiya sisteminin formalaşdırılması baxımından strateji əhəmiyyətə malik sənəddir. Bu Bəyannamə Azərbaycan və Türkiyənin ortaq maraqlar əsasında qurulan əməkdaşlığını daha da dərinləşdirərək hər iki ölkənin iqtisadi qüdrətinin və beynəlxalq təsir imkanlarının artmasına xidmət edir. Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi layihələr gələcək illərdə də regionun inkişafına və Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına mühüm töhfələr verəcəkdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri