Icma.az
close
up
RU
Azərbaycan Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır

Azərbaycan Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır

Icma.az, 525.az saytına istinadən bildirir.

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin təntənəli açılışı hər bir azərbaycanlının və türkün qəlbində iftixar və qürur hissi doğurur. 2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi bu gün real bir yaşayış məkanına çevrilərək tarixə yazıldı. Mən də fəlakətin ilk günlərində bir sıra həmkar millət vəkillərimizlə birlikdə Kahramanmaraşda olmuş, zəlzələnin ağır nəticələrini yerində görmüş və xalqımız adından başsağlığı vermişdim. O zaman insanların yaşadığı dərdləri, itkiləri, acıları birbaşa görərək, bu xalqın necə böyük iradəyə sahib olduğuna bir daha şahid olmuşduq. Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu gün həmin bölgədə “Azərbaycan məhəlləsi” kimi bir layihənin reallığa çevrilməsi, cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışın gerçəkləşməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə diplomatik müstəvi ilə məhdudlaşmır – bu münasibətlər qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub.

Azərbaycan Respublikası Dövlət Mənzil-Tikinti Agentliyi tərəfindən həyata keçirilən bu layihə bir yaşayış məntəqəsindən daha artıq anlam daşıyır – bu, dostluğun, mərhəmətin və bir millətin digər millətə dayaq olmasının simvoludur.

Millət vəkilinin sözlərinə görə, “Azərbaycan məhəlləsi”ndə yalnız evlər deyil, eyni zamanda mədəniyyət mərkəzləri, ticarət obyektləri də inşa olunub. Bu, bizim niyyətimizin təkcə zəruri yaşayış deyil, həm də layiqli və xoş bir həyat təmin etmək olduğunu göstərir.

Cənab Prezident İlham Əliyevin açılışda səsləndirdiyi fikirlər – “biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq” – əslində bu tarixi münasibətlərin mahiyyətini qısa və çox dolğun şəkildə ifadə edir.

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu layihə bir daha göstərdi ki, biz eyni ağrını bölüşür, eyni ümidlərlə birgə addımlayırıq.

Bu münasibətlə “Azərbaycan məhəlləsi”nin sakinlərinə rifah, əmin-amanlıq və xoşbəxtlik arzulayıram. Bu nəcib təşəbbüsün reallaşmasında əməyi keçən hər kəsə – başda dövlət başçılarımız olmaqla – təşəkkür edirəm. Bu qardaşlıq daha da möhkəmlənəcək və gələcək nəsillərə örnək olacaq - deyə Fatma Yıldırım vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri