Icma.az
close
up
RU
Türkiyə Azərbaycan münasibətləri sadəcə yaxınlıq deyil, strateji zərurətdir BiroL Akgün

Türkiyə Azərbaycan münasibətləri sadəcə yaxınlıq deyil, strateji zərurətdir BiroL Akgün

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu münasibətlər sadəcə yaxınlıqdan çox, onun çox-çox ötəsindədir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" münasibətidir. Bu şüar sadəcə emosional bir arzu deyil, kökləri tarixin dərinliklərinə gedib çıxan, dili, mədəniyyəti və taleyi bir olan iki qardaş xalqın strateji düsturudur". SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Kilis 7 Aralık Universitetinin təşkilatçılığı ilə keçirilən “Elm, iqtisadiyyat və mədəniyyətin kəsişdiyi beynəlxalq görüşlərdən biri – EMIDWORLD’25” konqresində səsləndirib.

Səfir bildirib ki, bu gün iqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər kimi mühüm mövzuların müzakirəsi Türkiyə–Azərbaycan qardaşlığının həm elmi, həm də strateji dəyərinin təsdiqidir: “XXI əsrin qlobal çağırışları fonunda Türkiyə–Azərbaycan münasibətləri yalnız mədəni bağ deyil, eyni zamanda iqtisadi və siyasi zərurətdir".

Diplomat vurğulayıb ki, iqtisadi və energetika sahəsində iki ölkə artıq sadəcə tərəfdaş deyil, ortaq taleyə sahib güclərdir: “Bakı–Tbilisi–Qars dəmir yolu ilə Asiyanı Avropaya birləşdirən, Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən iki ölkə kimi məqsədimiz qarşılıqlı sərmayələri artırmaq, yeni layihələr vasitəsilə Türk dünyasının iqtisadi gücünü bir araya gətirməkdir".

Səfirin sözlərinə görə, dövlət maliyyəsi sahəsində qarşılıqlı koordinasiya iqtisadi sabitlik və inkişaf üçün mühüm şərtdir: “Şəffaf, dayanıqlı və güclü dövlət maliyyəsi strukturları həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi dayanıqlığını təmin edir".

O, sosial elmlərin isə bu münasibətlərin mənəvi dayağını formalaşdırdığını deyib: “Bizim gücümüz ortaq dilimizdən, tariximizdən və ədəbiyyatımızdan gəlir. Alimlərimizin və ziyalılarımızın vəzifəsi bu birliyi elmi səviyyədə qorumaq, gələcək nəsillərə bu qardaşlıq ruhunu ötürməkdir".

Səfir çıxışının sonunda qeyd edib ki, Kilis 7 Aralık Universiteti ilə Bakı Dövlət Universitetinin bu birgə konqresi Türkiyə–Azərbaycan elmi əməkdaşlığının və mədəni birliyinin parlaq nümunəsidir: “Türkiyə və Azərbaycan çiyin-çiyinə dayananda bölgədə sülh, sabitlik və ədalət bərqərar olur. Şuşa Bəyannaməsi ilə möhkəmlənən bu qardaşlıq yalnız iki dövlətin deyil, bütün regionun sabitliyinin təminatıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri