Icma.az
close
up
RU
Azərbaycan Türkiyə sarsılmaz qardaşlığı ŞƏRH

Azərbaycan Türkiyə sarsılmaz qardaşlığı ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənəd strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiqlədi.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək inkişaf strategiyasını müəyyən edən mühüm siyasi sənəd olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də aydın mesajlar vermişdir. Bu sənəd ilk növbədə göstərdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq prinsiplərinə deyil, həm də konkret siyasi, iqtisadi və hərbi müttəfiqlik mexanizmlərinə əsaslanır.
Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında münasibətləri deyil, həm də regionun geosiyasi mənzərəsini formalaşdıran mühüm sənəd kimi qiymətləndirilir. Şuşa Bəyannaməsi eyni zamanda dünyaya göstərdi ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində regionda yeni reallıqlar yaradıb və bu reallıqlar artıq beynəlxalq münasibətlər sistemində qəbul olunur. Şuşada imzalanan müttəfiqlik sənədi Azərbaycanın güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, Türkiyənin isə regionda etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı qardaşlığın yeni tarixi mərhələsidir. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəanın yer alması mühüm əhəmiyyət kəsb edir. Belə ki, tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayıblar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Son beş il ərzində Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənib. Müdafiə sənayesi, hərbi təlimlər, enerji layihələri və nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Xüsusilə regionun nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr hər iki ölkənin strateji əhəmiyyətini artırıb. Şuşa Bəyannaməsi həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd qardaş ölkələrin ortaq tarix, mədəniyyət və milli maraqlar əsasında birliyini daha da gücləndirib. Bəyannamənin imzalanma məkanı kimi Şuşanın seçilməsi isə xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış şəhərdə belə bir sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və bölgədə yeni reallıqların göstəricisi kimi tarixə düşüb.
Bu gün, Şuşa Bəyannaməsinin imzalanmasından beş il sonra, sənədin əhəmiyyəti daha aydın görünür. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm amillərindən biri olaraq qalır. Şuşada atılan bu tarixi addım iki qardaş xalqın birliyinin və həmrəyliyinin gələcək nəsillərə ötürüləcək mühüm siyasi irsidir. “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan bu müttəfiqlik əlaqələri gələcək illərdə də regionun inkişafına və xalqların rifahına töhfə verməyə davam edəcək.
Şuşa bəyannaməsi Azərbaycan – Türkiyə birliyinin, qardaşlığının gücünü nümayiş etdirən və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən tarixi sənəd kimi böyük əhəmiyyət daşıyır.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri