Icma.az
close
up
RU
Yücel Karauz: Türkiyə Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir

Yücel Karauz: Türkiyə Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 oktyabr, Səbinə Əlizadə, AZƏRTAC

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün “Az zamanda çox və böyük işlər gördük. Bu işlərin ən böyüyü, təməli türk qəhrəmanlığı və yüksək türk mədəniyyəti olan Türkiyə Cümhuriyyətidir” sözləri ilə ifadə etdiyi dövlətin yaranmasının 102-ci ildönümü qeyd olunur. Bu bayram təkcə Türkiyə sərhədləri daxilində deyil, ümumilikdə 98 milyonluq Türkiyə və Azərbaycan xalqları tərəfindən böyük coşqu ilə qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirib.

O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin “əziz qardaşım” müraciəti ilə Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubu, Birinci vitse-prezident Mehriban Əliyevanın “Qoy xalqlarımızın qürur mənbəyi olan Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!” kimi səmimi təbrik mesajı, eləcə də Azərbaycan mediasında və sosial şəbəkələrdə yer alan sevinc və qürur dolu paylaşımlar iki ölkə arasında qardaşlığın dərin tarixi köklərə malik olduğunu bir daha göstərir.

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri yeni yaranmayıb, onun əsası çox qədim dövrlərə gedib çıxır. Biz bu qardaşlığı bu gün əldə etməmişik. Bu qardaşlıq Balkan müharibəsində, Çanaqqala döyüşlərində, Sarıqamış faciəsindən sonra Qafqaz və Azərbaycana gətirilən türk əsirlərinə Nargin adasında göstərilən yardım və həmrəyliklə möhkəmlənib. Biz bu qardaşlığı Qafqaz İslam Ordusunun qəhrəmanlığında, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk gündə Türkiyə tərəfindən tanınmasında, eləcə də hər bir təbii fəlakət və çətin zamanda bir-birimizə göstərdiyimiz dəstəkdə görmüşük”, - deyə o qeyd edib.

Y.Karauz deyib ki, bu gün həmin birlik və qardaşlıq “Əsrin fəlakəti” adlandırılan zəlzələdən sonra Türkiyənin Kahramanmaraş şəhərində yaradılan “Azərbaycan məhəlləsi” kimi humanitar həmrəylik nümunələri ilə daha da möhkəmlənib. Bu qardaşlıq artıq sarsılmaz və əbədi dəyərlər sisteminə çevrilib. Bu birliyin ideoloji təməlləri qazi Mustafa Kamal Atatürkün 1921-ci ildə söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrində və Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamında öz əksini tapıb. Bu təməlin üzərində qurulan qardaşlıq bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın siyasi iradəsi sayəsində tarixinin ən yüksək mərhələsinə çatıb.

Türkiyəli ekspert diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında münasibətlər bu gün strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. “Biz bu qardaşlığı Şuşada gördük. Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri tarixdə ilk dəfə olaraq müttəfiqlik səviyyəsinə qalxdı. Bu sənəddə əks olunan, bir ölkəyə edilən hücumun digərinə yönəlmiş sayılması barədə müddəa dünyada 193 dövlət arasında analoqu olmayan bir nümunədir”, - deyə Yücel Karauz vurğulayıb.

Ekspert, həmçinin bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatının əsasını təşkil edən nüvəni məhz Türkiyə-Azərbaycan qardaşlığı formalaşdırır. Biz bu birliyi Şuşa Bəyannaməsindən sonra İstanbul Bəyannaməsində, eləcə də Zəfər paradında Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalanmasında gördük. Bu qardaşlıq həm tarixi, həm də mədəni baxımdan sarsılmaz tellərlə birləşib”, – deyə Yücel Karauz əlavə edib.

Tarixi, mədəni, siyasi baxımdan formalaşan Türkiyə-Azərbaycan qardaşlığı bu gün ölkə liderlərinin müdrik siyasəti nəticəsində daha da möhkəmlənib. “Məndən bəzən soruşurlar ki, Türkiyənin əhalisi nə qədərdir? Mən cavab verirəm ki, Türkiyənin əhalisi artıq 98 milyondur. Bu rəqəmin içində dost və qardaş Azərbaycan xalqının 10 milyondan çox əhalisi də var. Çünki biz bir millətik, iki ayrı dövlətik. Bu gün biz artıq bir millət, iki dövlətdən bir millət, yeddi dövlət mərhələsinə doğru irəliləyirik”, – deyə ekspert bildirib.

O vurğulayıb ki, bu əbədi və sarsılmaz qardaşlıq iki ölkəni bölgədə və regiondan kənarda strateji və siyasi gücə çevirib. “Zamanımız bir, ayımız bir, bayraqlarımızdakı hilal birdir. Türkiyə-Azərbaycan qardaşlığı artıq yalnız regional deyil, qlobal təsir gücünə malik bir birliyə çevrilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” bu gün təkcə Azərbaycanın Qələbəsinin deyil, həm də Türkiyənin və bütövlükdə türk dünyasının Zəfər simvoludur. “2020-ci ildə başlayan Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etmişdi ki, Türkiyə hər bir şəraitdə və istənilən halda Azərbaycan dövlətinin və xalqının yanındadır. Bu sözlər iki ölkə arasındakı sarsılmaz birliyin ən ali səviyyəyə çatdığını göstərdi”, – deyə o vurğulayıb.

Yücel Karauz, həmçinin Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə nümayiş etdirdiyi mövqeyin də bu birliyin rəmzinə çevrildiyini qeyd edib.

Türkiyəli ekspert sonda bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri təkcə iki ölkənin deyil, bütün türk dünyasının birliyinin, gücünün təməl daşıdır. Allah bu birliyimizi və bərabərliyimizi daimi etsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri